Accessibility links

“Musiqi Yarat" muzeyində [Video]


“Musiqi Yarat" muzeyində
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Kaliforniya ştatının Karlsbad şəhərindəki “Musiqi Yarat" muzeyində il boyu musiqi yaradıcılığı qeyd edilir. Amerikanın Səsinin müxbiri bu yaxınlarda bu muzeydə qeyd edilən 100-dən çox ölkənin iştirak etdiyi beynəlxalq festivalda olub.

Muzeyin həyətində arfa və digər musiqi alətlərində ifa edilir, “Musiqi Yarat" muzeyinin daxilində isə iyunun 21-i “Musiqi günü” də olmaqla, hər gün tədbir keçirilir. Çuzey işçisi Karolin Qrant: “Biz hər bir uşağın buraya gələrək, hər hansı bir musiqi alətinin siminə əl vurmasını, duyməsini basmasını, zərb alətini vurmasını, yəni bir qığılcım yaranmasını istəyirik.”

Laura Cordan-Smit qızını musiqi ilə erkən yaşlarında tanış edib. “O, ritmi və melodiyanı tuta bilir, sözləri də öyrənməyə çalışır, əsasən də ritmik mahnıları. Bütün bunları musiqi dərslərində öyrənir.”

Hansısa alətdə özün çalarkən və ya kimisə dinləyərkən, musiqi hər kəsə necəsə təsir edir. Katrina Farrad: “O, musiqini sevir və mahnıları da gözəl oxuyur. Mən heç bir alətdə çalmasam da musiqini çox sevirəm.”

Lakin bir neçə şey canlı musiqinın həyəcanını yaşada bilir. “Özünüzün və ya başqasının canlı ifası insana başqa həyəcan verir.” deyə, Karolin Qrant bildirir.

Bu muzeydə istər peşəkar olsun, istərsə də həvəskar, ümumiyyətlə musiqi sənəti qeyd edilir. Janra gəldikdə isə, burada müxtəlif janrlarda ifaçılar görmək olur. Musiqiçi Villiam Klos: “Bethoven, Paçelbelin Kanonu da ola bilər. Lakin Filip Qlass kimi müasir şeylər də olur.”

Bütün bunlar musiqinin sevincini, ritm və melodiyanın gücünü yaşamaq, yeni əsərlər yaratmaq və bizi ruhlandırmaq üçün edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG