Accessibility links

"İki nəfərlik Tabla" - Klassik şərq ritmlərini qərb üslubu ilə qarışdıran musiqiçilər


"İki nəfərlik Tabla" - Klassik şərq ritmlərini qərb üslubu ilə qarışdıran musiqiçilər
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Qadın ABŞ-ın Penselvaniya ştatından, kişi isə Əfqanıstandandır. Onlar klassik şərq ritmlərini qərb üslubu ilə qarışdıraraq, gözəl müsiqi yaradır. Abigel Qrinvey: “Fikrimcə mədəniyyətləri bir araya gətirmək, xüsusilə də Əfqanıstanla Amerika müsiqisini gözəl işdir. Çünki musiqi bütün dillərdə danışır.”

Abigel Qrinvey və onun həm müəllimi, həm də musiqi partnyoru Məsud Öməri hər gün Vaşinqton yaxınlığındakı bir studiyada şərqin zərb aləti olan tablada çalırlar. Özlərinin rəngarəng studiyalarını onlar “Tablasfer” adlandırır. “Biz üç müxtəlif janrda musiqi ifa edirik. Biz klassik, ənənəvi Əfqanıstan musiqisi və Hindistan musiqisi çalırıq. Biz eləcə də özümüzün “Yeni Dünya” adlandırdığımız musiqini ifa edirik. Bu, iki tabla üçün müəllif musiqisini Məsud bəstələyir” - deyə, o bildirir.

Abigel Qrinvey Pensilvaniya ştatının İri şəhərindən, Öməri isə Kabildəndir. Onlar 8 il əvvəl Vaşinqtondakı Əfqanıstanın əntiq mağazasında tanış olublar. “Mən onun gözəl bir tabla ustası olduğunu gördüm və ondan mənə dərs verməsini xahiş etdim. O vaxt mən bunun nə ilə nəticələnəcəyini bilmirdim. Mən yalnız bu alətdə çalmaq istədiyimi bilirdim.”

Abigel vizual incəsənətlə məşğul olurdu və müxtəlif musiqi janrlarını sevirdi. Tablaya gəldikdə isə bu alət onun üçün təbii bir təkamül idi. Məsud Öməri: “Mən Abigeli ilk dəfə görəndə o, Əfqan dilində heç nə başa düşmürdü. Lakin o, musiqini, zərbəni və melodiyanı başa düşdü. O, bu alətə böyük həvəs göstərdi və çalmağı çox tez öyrəndi.”

Abigel Qrinvey: “Bu musiqinin məni cəlb etdiyini hiss etdim və çalmaq istədim. Ritm çox cəld olduğu üçün əvvəlcə mənim üçün çətin idi, lakin mən hər gün saatlarla çaldım.”

Abigel Qrinvey Öməridən harmonium adlanan alətdə çalmağı da öyrənib. İllərlə keçirilən dərslərdən və məşqlərdən sonra onlar “İki nəfərlik tabla” duetini yaradıb.

Öməri Əfqanıstandan 15 yaşında qaçaraq, İslamabadda məskunlaşıb. 2002-ci ilə, Birləşmiş Ştatlara gələnə qədər orada tabla üzrə təhsil alıb və ustalıq dərəcəsinə yüksəlib.

Hazırda isə cütlük səfirliklərdə, muzeylərdə və universitetlərdə keçirilən xüsusi mərasimlərdə, eləcə də “Tablasfer”də dəvət etdikləri xüsusi qonaqlar üçün çalır. Onlar YouTube-a da öz videolarını yerləşdirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG