Accessibility links

ABŞ Səfirliyi “Qaya” qrupunun Sovet dönəmində Amerika səfərindən yazıb


Caz Festifalı
Caz Festifalı

“Qaya” qrupunun Hyustonda alqışlarla qarşılanan “Ey həyat sən qəribəsən” mahnısnı təqdim edirik

Oktyabrın 28-də Azərbaycanın Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə keçirilən və 14 ölkədən gələn musiqiçilərin iştirak etdiyi Beynəlxalq Caz Festivalı oktyabrın 28-də başa çatacaq.

ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində sovet dövründə Azərbaycanın “Qaya” qrupunun Amerikada konserti barədə məlumat yayıb.

“Bakı Caz Festivalının başa çatmasına çox az vaxt qalmışkən sizinlə Azərbaycan cazının ən dəyərli musiqi qruplarından biri olan “Qaya” qrupu haqqında danışmaq istəyirik. Daha öncə də qeyd etdiyimiz kimi Azərbaycanın 20-ci əsrin əvvəllərinə söykənən çox zəngin caz mədəniyyəti və tarixi var. Azərbaycanda caz ulduzlarından biri də Qaya qrupu idi. Teymur Mirzoyev, Arif Hacıyev, Rauf Babayev kimi məşhur caz ifaçıları by qrupda çıxış ediblər. Onlar Azərbaycanın sərhədlərindən kənarda da tanınırdılar. Xarici səfərlərindən birində ”Qaya” qrupu ABŞ-ın Hyuston şəhərində yerləşən Caz Kollecində çıxış edib. Çıxış zamanı onları auditoriyanın qəribə sükuta uğraması çaşdırır və çıxışdan sonra səhnəni tərk etmək istəyəndə tamaşaçıların gürultulu alqışları onları diksindirir. Hətta tamaşaçıların istəyinə görə onlar eyni mahnını bir neçə dəfə təkrar edirlər”, səfirliyin məlumatında deyilir.

Xatırladaq ki, “Qaya” qrupunun alqışlanan ifalarından biri də “Ey həyat sən nə qəribəsən” mahnısı olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG