Accessibility links

"Müsəlman Qardaşları" hökumətin qərarına məhəl qoymur [Video]


"Müsəlman Qardaşları" terrorçu qrup elan edildi
please wait

No media source currently available

0:00 0:02:28 0:00
Misirin müvəqqəti hökuməti “Müsəlman Qardaşları” təşkilatını rəsmi olaraq terrorçu qrup adlandırıb və qrupu Polis Baş Qərargahına ölümcül hücumda günahlandırıb.
Bu addım devrilmiş president Məhəmməd Mursinin “Müsəlman Qardaşları” ilə mübarizədə ciddi eskalasiya anlamına gəlir.

Həftənin əvvəlində Misirin Nil deltasındakı polis idarəsinə 15 nəfərin ölümü, yüz nəfərin yaralanması ilə nəticələnən bomba hücumu törədildi. “Müsəlman Qardaşları” maşına yerləşdirilmiş bomba hücumunu pislədi. Əl-Qaidə ilə əlaqəsi olan Sinaydakı Ənsar-Beyt Əl-Məqdis qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürdü.

Çərşənbə günü ordunun dəstəklədiyi hökumət Qardaşların hücumu təşkil etdiyini deyərək, qrupu terrorçu elan etdi. Rəsmilər bunun nümayişlər də daxil edilməklə, qrupun fəaliyyətinə qadağa qoyulması demək olduğunu deyirlər.

Misirin baş nazir müavini Hössam İsa: “Beləliklə, heç bir şeydən asılı olmayaraq, geriyə dönüş yoxdur. Misiri dövlətinin və xalqının cinayətləri ilə insani və dini çərçivələrdən kənara çıxan terrorçu “Müsəlman Qardaşları”nın geriyə dönməsinə imkan verməyəcək.”

Qahirənin bəzi sakinləri qrupa terrorçu adının verilməsini müsbət qarşılayıb. Qahirə sakini Ramazan Ətya: “Baş nazirin “Müsəlman Qardaşlarının” terrorçu qrup elan etməsi yüz faiz düz fikirdir. Ona görə ki, biz son vaxtlar ölkədə nələr baş verdiyini görürük. Hər gün günahsız əsgərlərin ölməyini görmək ağırdır. Gündə bir bomba partlayışının baş verməsi ilə ölkə heç vaxt irəliləməyəcək.”

Qahirənin digər sakini Xalid Abbas: “Çox gec olsa da, bu düzgün qərardır. Belə bir qərar çoxdan qəbul edilməli idi. Bu, zorakılıqlar, partlayışlar, terror hücumları həyata keçirən qrupdur. Terrorçu qrupun fəaliyyətinə qadağa qoyulmalıdır.”

Çərşənbə günü “Müsəlman Qaedaşları” ona qarşı çıxarılan qərara məhəl qoymayaraq, sabiq prezident Məhəmməd Mursinin devrilməsinə qarşı nümayişlərin davam edəcəyinə söz verib. Son zamanlar bu nümayişlər təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar və Mursi tərəfdarlarının həbsləri ilə nəticələnib. Çoxu İslamçılar olmaqla, qarşıdurmalar zamanı min nəfərdən çox insan ölüb.
XS
SM
MD
LG