Accessibility links

Hollivudun müsəlman qadın rejissoru


Hollivudun müsəlman qadın rejissoru
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Hollivudun film sənayesinə daxil olmaq olduqca çətindir - əsasən də qadın və müsəlmansansa. Lakin bir qadın həm Hollivudda, həm də öz icmasında bu sahədə nailiyyət əldə edə bilib.

İlk baxışda kinorejissor və yazışı Lina Xanda Hollivud stereotipini görmək olmur. “Hollivudda qadın rejissor olmaq çox çətindir. Bu doğrudan da belədir. Fikrimcə onlar sənin buna kifayət qədər gücünün çatmayacağı, çəkiliş qrupuna göstəriş verə bilməyəcəyini və ya müsəlman olduğun üçün şansın olmayacağını düşünür” - deyə, Lina Xan bildirir.

Hindistanlı mühacir ailəsindən olan Lina Xan təhsil alarkən bir neçə sənət arasından kinorejissorluq sənətini seçdiyində Cənubi Asiya icması tərəfindən tənqidlərə məruz qalmışdı. Lina Xan: “Mən bu sənətə başlayanda Cənubi Asiya icması, demək olar çoxu mənə “nəyə görə belə axmaq sənəti seçdin” - deyə, sual verirdi.”

Lakin o, “Pələng ovçusu” filmi üçün maliyyə fondu axtarmaqda davam edirdi. Xanın 2017-ci ildə ekranlara çıxan hindistanlı bir mühacirin Birləşmiş Ştatlardakı həyatı ilə bağlı komediya filminin müvəffəqiyyəti onun icmasındakı insanları təəccübləndirdi. Lina Xan: “Cənubi Asiyadan olanlar və ya müsəlmanlar bizim də hekayələrimizin real qiyməti olduğuna inanmırlar."

Lina Xan deyir ki, filmin universal mövzusu və zamanında çəkilməsi onun nailiyyətinə səbəb olub. “Film ekranlara müsəlman mühacirətinə qadağa başlayarkən çıxdı. Bu əvvəlcədən düşünülməmişdi. Lakin bu yaxşı bir şey olmasa da, aktual bir mövzu idi.”

“Pələng ovçusu” Lina Xanın karyerasının başlanğıcı oldu. Lina Xan Hollivudda karyerasını ssenarilərini yazmaq və rejissorluğunu öz bildiyi yolla davam etdirəcəyini deyir. Hazırda isə o, televiziya komediyası və Disney üçün film üzətində işləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG