Accessibility links

Müsəlmanlar Qəzzada aclıq müşahidə edildiyi bir zaman Ramazan ayının bitməsini qeyd edirlər


İslamın iki ən müqəddəs məkanına ev sahibliyi edən Səudiyyə Ərəbistanına görə, Ramazan orucunun başa çatdığı Eyd Əl-Fitr bayramı çərşənbə günü başlayacaq.

"Orucu dayandırmaq" mənasını verən Eyd Əl-Fitr bayramının vaxtı müsəlmanların Qəməri təqviminə uyğun olaraq, Ayın görünməsi ilə müəyyən edilir. Səudiyyə Ərəbistanında Fitr bayramı zamanı 4 günlük tətil olacağı gözlənilir.

Dünyanın ən çox, 220 milyon müsəlman əhalisi olan İndoneziyada bu bayram Lebaran adlanır. Təxminən 193 milyon indoneziyalı bayramı ailələri ilə birlikdə qeyd etmək üçün evlərinə gedir.

İndoneziyalıların paytaxt Cakartadan əsasən də Yava adasına olmaqla, kütləvi şəkildə getməsi saatlarla tıxaclar yaradır.

Lakin Qəzzadakı müharibə bu il bütün müsəlman dünyasında Ramazan bayramlarını kölgəsində qoyub. HƏMAS-ın idarə etdiyi Qəzza Nazirliyinin dediyinə görə, İsrailin HƏMAS-ın oktyabrın 7-dəki hücumuna verdiyi hərbi cavab nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, azı 33 insan ölüb. Həmin hücum zamanı HƏMAS İsraildə 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb.

Ramazan bayramı Qəzzada insanların aclıq astanasında olduğu vaxt başlayıb. Qəzzaya yardımlar axmağa başlasa da, sığınacaq axtaran fələstinli məcburi köçkünlər deyirlər ki, bu, getdikcə daha da ağırlaşan şərait üçün kifayət deyil.

"Yemək kifayət deyil. İki ay idi bir ərzaq almırdım. Dünən mənə, uşaqlarıma və bizimlə olan digər 18 nəfərə kifayət etməyəcək bir qutu aldıq. Əgər hər gün bir nəfər bir qutu alsaydı, bu da kifayət etməzdi" - deyə, Qəzza düşərgəsinə sığınan Fayez Əbdülhadi bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı keçən aydan bəri uşaqların aclığın səbəb olduğu xəstəliklərdən öldüyünü bildirib. Təşkilat eləcə də tibbi ləvazimatların çatışmazlığının qarşısı alına bilən ölümlərə səbəb olduğunu da qeyd edib..

Forum

XS
SM
MD
LG