Accessibility links

Müstəqil "Çernovik" qəzetinin təsisçisi dünən gecə Mahaçkalada güllə ilə vurulub


Müstəqil "Çernovik" qəzetinin təsisçisi dünən gecə Mahaçkalada güllə ilə vurulub
Müstəqil "Çernovik" qəzetinin təsisçisi dünən gecə Mahaçkalada güllə ilə vurulub

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviç Rusiyanın Dağıstan respublikasında jurnalist Hacımurad Kamalovun öldürülməsinə görə narahatlığını bildirib və rəsmiləri regionda çalışan media işçilərinin təhlükəsizliyinin təmin edilməsinə çağırıb. Dunya Mijatoviç deyib ki, təhqiqat mahiyyətli məqalələri ilə tanınan qəzetin hədəf alınması ciddi narahatlığa səbəb olub. O, jurnalistin ailəsi və həmkarlarına başsağlığı verib.

Müstəqil "Çernovik" qəzetinin təsisçisi dünən gecə Mahaçkalada güllə ilə vurulub. Kamalov xəstəxanaya aparılarkən yolda vəfat edib. Qətl ittihamı ilə cinayət işi açılıb və qatilin axtarışı elan edilib.

İki il əvvəl Kamalov və digər mətbuat işçiləri ölüm təhdidi ilə xəbərdarlıq almışdı. Xəbər haqqında rus dilində ətraflı məlumatı aşağıdakı linkdə oxuya bilərsiniz

Хаджимурат Камалов убит в Махачкале

XS
SM
MD
LG