Accessibility links

Mutlu Çiviroğlu: İraq kürdləri Amerikanın mövqeyinin dəyişəcəyini gözləyir


Jurnalist Mutlu Çiviroğlu İraq kürdlərinin referendumundan danışır
please wait

No media source currently available

0:00 0:09:53 0:00

Birləşmiş Ştatlar İraq Kürdüstanında müstəqilliyə dair referendum dərin təəssüf hissi ilə qarşılayıb və səsvermənin bölgədə onsuz da gərgin vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib. İraqın mərkəzi hökuməti, eləcə də qonşu Türkiyə və İran kürdlərin referendumuna etiraz bildirib. Rəsmi Bağdad referendumu təsdiq edənləri cəzalandıracağına, hava hövzəsini bağlayacağına və Türkiyə ilə hərbi təlimlərə qoşulacağına söz verib. Amerikanın Səsinin kürd xidmətinin əməkdaşı, jurnalist Mutlu Çiviroğlu İraq Kürdüstanında Amerika icmalı proqramında müsahibədə referendumun nəticələri və bölgədə reaksiyalar haqda danışıb.

Jurnalistin sözlərinə görə, referendumda iştirak edənlərin böyük əksəriyyəti müstəqilliyə səs verib.

“Kürd rəsmilərinin dediyi odur ki, bizim arxamızda xalq var və onların istəyi dövlətdir, qonşularımız və dünya bizə hörmət göstərsin.”

Mutlu Çiviroğlu region ölkələrinin İraq kürdlərinin referendumununu qəbul etməyərək, bunu təhlükə kimi qarşıladığını qeyd edib. O deyib ki, kürdlər bölgədə bu addımın narahatlıq deyil, xalqın arzusu kimi qarşılanmasını arzulayır.

O, bölgədə türkmən əhalinin referenduma bağlı narahatlıqlarına toxunub.

“Türkmənlər İraq Kürdüstanında vahid bir mövqeyə malik deyil. Sünni türkmənlər və şiə türkmənlər var. Bunlar fərqli düşünür, eyni düşünmür. Şiə türkmənlər Bağdaddakı hökumətə yaxın görünür. Türkmən Cəbhəsi var, onlar Ankaraya yaxındır. Eyni zamanda, İraq Kürdüstanı hökumətində türkmən nazirlər var. Türkmən partiyası var. Onlara kvota ayrılmışdır. İraq Kürdüstanında çox sayda məmnun olan, razı olan, dövlət istəyən türkmən də var. Eyni durum ərəblər arasında da müşahidə olunur.”

Mutlu Çiviroğlunun sözlərinə görə, kürd rəsmilər dövlət tərkibində azlıqların hüquqlarının qorunacağına söz verib.

“Bu qayğılar yüksək səslə duyulur. Buna görə də kürd rəsmilər kürd olmayan millətləri narahatlıqlarını yüngülləşdirmək üçün onların hüquqlarının ana yasa qanununda, qanunən qarantiya alacağını söyləyirlər.”

ABŞ hökuməti İraq kürdlərinin referendumu ilə bağlı açıqladığı bəyanatda Kürdüstan Regional Hökumətinin müstəqilliyə dair təktərəfli qaydada referendum keçirmək qərarını dərin dərin təəssüf hissi ilə qarşıladığını bildirib. Mutlu Çivrioğlunun sözlərinə görə, kürdlər Birləşmiş Ştatların sərt mövqeyinin yumşalmasına ümid edir. O, ABŞ Konqresində hökumətə referendumun tanınması ilə bağlı çağırışlar edildiyini bildirib.

“Kürdlər bunu hesabladı, yəni Amerikanın reaksiyasının nə olacağını bilə-bilə bu işə girişdilər. Onların gözləntiləri budur ki, Amerikanın bu sərt müxalif mövqeyi yumşalacaq.”

XS
SM
MD
LG