Accessibility links

İŞİD-in azərbaycanlı gəlinləri


İŞİD-in azərbaycanlı gəlinləri
please wait

No media source currently available

0:00 0:04:33 0:00

Suriyanın İslam Dövləti qrupunun nəzarətindəki son istehkamından evakuasiya edilən insanların çoxunun qrupun döyüşçüləri ilə qohumluğu var. Suriyada ekstremist yaraqlıların dul qalmış arvadları və uşaqları xaricilər üçün xüsusi düşərgədə saxlanılır.

Amerikanın Səsinin bu yaxınlarda Suriyanın Əl-Hol düşərgəsinə baş çəkən müxbiri Mutlu Çiviroğlu oradakı qadınların vəziyyəti ilə tanış olub.

O düşərgədə heç də hər kəs bu işə könüllü, ürəkdən, ixtifar hissi ilə qatılmayıb.
Mutlu Civiroğlu

O, düşərgədə qeyri-insani durumun, çirkablıq və qeyri-sanitariyanın hökm sürdüyünü deyib. Uşaqların vəziyyətini açınacaqlı adlandıran Çiviroğlu hökumətləri onları qəbul etməyə çağırıb. Müxbir qadınların, xüsusilə Avropa ölkələrindən gələn qadınların hökumətlərinin onları qəbul etmək istədiyini bildirib.

Adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib. Həyat yoldaşının Kobanyada öldürülməsindən sonra bu düşərgəyə sığınan Ayişə düşərgədə yaşanan çətinlikləri haqda da danışıb.

Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın anasının onu qəbul etmək istəmədiyini bildirib.

Mutlu Civiroğlu iki həftə öncə 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü deyib. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Ərləri döyüşdə öldürülmüş yüzlərlə qadın düşərgələrdə uşaqları ilə birlikdə yaşayır.
Ərləri döyüşdə öldürülmüş yüzlərlə qadın düşərgələrdə uşaqları ilə birlikdə yaşayır.

Digər qadınlar da vətən həsrəti ilə yaşayır. Tacikistandan olan br qadın oğlunun çəkdiyi ümid dolu rəsmlərini göstərərək, göz yaşlarını saxlaya bilməyib.

Suriya və İraqda həyat yoldaşları İŞİD-ə xidmət edən bəzi qadınlar ölüm hökmlərinə məhkum edilib. İraqda valideynlərinin terrorçular tərəfindən öldürülən uşaqların taleyi narahatlıq mövzusudur.

Məhkəmənin qərarı ilə edam edilən qadınların övladlarının taleyi bəlli deyil.

Lakin yardım təşkilatları düşərgələrdə həyatın kritik vəziyyətdə olduğunu və fövqəladə vəziyyətdən çıxmaq üçün zaman tələb olunduğunu deyir.

Şərhlərə bax (2)

Bu forum qapanıb
XS
SM
MD
LG