Accessibility links

Müxalifət yanan bina ilə bağlı hökumətin məsuliyyət daşıdığını bildirir


Yanğın
Yanğın

Mayın 19-da Bakı şəhəri, Azadlıq prospekti 170 ünvanındakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ilkin məlumatlara görə, 14 nəfər həlak olub, 50 nəfər xəsarət alıb. Baş verən faciəli yanğın ölkədə geniş ictimai və siyasi rezonansa səbəb olub. İlkin məlumatlara görə, yanğına səbəb keyfiyyətsiz üzlük materialıdır.

Müxalifətdə olan AXCP, Müsavat və Milli Şura rəhbərləri baş verən faciəyə görə hökumət rəhbərlərinin məsuliyyət daşıdıqlarını bildirib.

İlham Əliyev (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)
İlham Əliyev (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)

AXCP sədri Əli Kərimli dövlət başçısı İlham Əliyevin üzlük materialını istehsal edən müəssinəınin açılışında iştirak etdiyi, Bakı şəhər İcra Hakimiyyətinin binaların üzlüklərini qurulması barədə reklam şitinin və yanan binanın söndürülməsi şəkillərini yayıb.

“Təkcə bu üç foto bunların cinayətlərini faş edir. Bu dəhşətli cinayəti ört-basdır edə bilməyəcəklər. Birinci foto “İlham Əliyevin xəbəri yoxdur” söhbətini bitirir. Fotoda İlham Əliyev xalqın qəzəbini sakitləşdirmək üçün bu gün həbs etdirdiyi Miryusif Mahmudovla birlikdə başabəla üzlüklərin istehsal olunduğu zavodu açır. Bəs siz nə bilmişdiniz? 100-lərlə binanın fasaddəyişmə işi sıradan bir iş adamına verilərdimi?

Binaların üzlüklənməsi ilə bağlı elan (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)
Binaların üzlüklənməsi ilə bağlı elan (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)

İkinci foto sübut edir ki, binaların fasadlarının dəyişdirilməsi işi dövlət səviyyəsində həyata keçirilib. İndi onu 1-2 iş adamının adına bağlamaq cinayəti ört-basdır etməkdən başqa bir şey deyil. Üçüncü foto isə ədası göyün yeddinci qatında olan FHN-I yerdən-yerə vurur. Bunların nə qədər qabiliyyətsiz, işbacarmayan olduğunu sübut edir. Bütün cinayətləriniz ortadadır! O körpə fidanların qanını batıra bilməyəcəksiniz!”, Kərimli Facebook səhifəsində yazır.

Binadan yan\ğının söndürülməsi (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)
Binadan yan\ğının söndürülməsi (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)

Onun firkincə, Azərbaycanda matəm elan olunmalıdır. “Xalqımıza zülm edilib. İlkin məlumata görə 16 nəfər ölüb, 64 nəfər yaralanıb. Allah ölənlərə rəhmət etsin, yaralılara şəfa versin. Bu qədər insanın belə faciəli şəkildə ölməsini dövlət qulaqardına vura bilməz. Matəm elan olunmaqla da iş bitmir, təcili şəkildə çox ciddi tədbirlər dəgörülməlidir”, o qeyd edir.

Milli Şuranın sədri Cəmil Həsənli faciəni araşdırmaq üçün dövlət komissiyası yaradılıb.

“Əgər komissiyaya üzvü olan yüksək vəzifəli şəxlərin bir çoxu öz vəzifə borcunu vaxtında yerinə yetirmiş olsaydı, bu gün yaradılan komissiyaya heç ehtiyac olmazdı. Adamlar on illər boyu yüksək vəzifədə oturunda, hökumətin xalq qarşısında məsuliyyət hissi aradan qalxanda, yüksək vəzifə sahibləri rüşvətə qurşananda, hökumət üzvləri bizneslə məşğul olanda bu alov bizi bürüməli idi. Bakı boyda şəhərin taleyi on illər boyu ağlı və sağlamlığı şübhə doğuran bir adama etibar edilirsə bu zəhərli tüstü bizi boğmalı idi. Baş prokuror Zakir Qaralov bildirib ki, yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımi keyfiyyətdə olmamasıdır. Əslində isə yanğının ilkin səbəbi bu ölkənin baş prokurorunun lazımi keyfiyyətdə olmaması ilə bağlıdır. Il yarımdır mətbuat yazır, ay yarım bundan əvvəl daha kiçik miqyasda analoji hadisə Xətai rayonunda baş verib, 2 mindən artıq vətəndaş müxtəlif dövlət orqanlarına bu təhlükə ilə bağlı müraciət edib,

Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı
Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı

H​adisədən bir az əvvəl tanınmış vəkil Aslan İsmayılov mətbuat orqanlarında bilavasitə baş prokurora müraciət edib, amma “onlayn qəbul” keçirən baş prokurordan heç bir xidməti hərəkət olmur. Ola da bilməzdi. Çünki bu “keyfiyyətsiz üzlük” biznesinin bir ucu gedib çıxırdı Zakir Qaralovu 3-cü dəfə baş prokuror vəzifəsində saxlayan dairələrə. Bakıda 1000-ə yaxın bina bu alışqan materialla üzlənib. Tikinti sektorunda A-dan Z-yə qədər hər şeyə nəzarət edən Fövqəladə Hallar Nazirliyi hara baxıb? Axı yanğın doğura biləcək bütün təhlükələrə bilavasitə məsuliyyət daşıyırlar. Bu boyda şəhər alışqan materialla üzlənir, fövqəlnazir öz vəzifə borcunu yerinə yetirmək əvəzinə bir ərəb şeyxinin mühafizəçisi ilə ov şəkilərini paylaşır. Necə ola bilir ki, şəhərdə başdan-başa üz örtüyü kimi istifadə edilən materialın təhlükəli olduğunu adi vətəndaş anlasın, mətbuat yazsın, haray salsın, amma az qala Bakının hər rayonunda böyük inzibati binaları olan FHN bunu ayırd edə bilməsin. Bunu müəyyən etmək üçün heç laboratoriyaya da ehtiyac yoxdur. İkicə nəfər orta səviyyəli kimyaçı lazımdır ki, həmin materialın bircə qırığına baxıb rəy versin ki, bu material yüksək istilik tempraturunda öz-özünə də alışa bilər. Bu materiallar yalnız alışqan maddə olmayıb, həm də zəhərli qaz mənbəyidir və burada tək yanmağdan yox, eyni zamanda zəhərli qazdan boğulmaqdan söhbət gedir”, Həsənli bildirir.

Milli Şuranın sədri Facebook səhifəsində yazır ki, bu ölkədə elm adına bir şeyi yaxına buraxan yoxdur.

“Hərəni öz biznesinin cazibəsindədir. Əslində bizi daha böyük fəlakətlər gözləyir. Ölkənin bütün tikinti sektoru heç bir aidiyyəti olmayan “pajarnı” idarəsinə tabe edilib. Kimi dindirirsən deyir ki, binanı FHN-də qeydiyyatdan keçirmək üçün əlavə olaraq filan qədər pul yığdıq. Hətta bu ölkənin professorları üçün tikilmiş yaşayış kompleksində belə bu “xəracı” güzəştə getmədilər. Ölkənin tikinti sektorunda FHN-nin mükəmməl bir rüşvət şəbəkəsi yaradılıb və rüşvətlə qeydiyyata alınan binalarda bizi hansı aqibət gözləyir. Yeni tikilmiş binalarda işlərin normativlərə uyğun görülməsi vacibdir, amma bu işlərin bilavasitə FHN-nin göstərdiyi firmalar vasitəsi ilə görülməsi rüşvətin yeni bir metodikasıdır”, o sərt tənqidini davam etdirir.

Cəmil Həsənli sual edir, “niyə şəhər göz oxşayan bu alışqan materialla əhatə edilmişdir?”

“Əgər diqqət yetirsəniz uzun və geniş prospektlərin yol kənarlarında olan binalar “penoplas” örtüklərlə üzlənmişdi. Bunların çoxu Avropa oyunlarının marşrutlarına daxil idi. Göstərgi üçün tələm-tələsik üzlənmiş “Patyomkin kəndi” idi, bu “penoplas” prospektlər. İbrahim peyğəmbər bir gecədə bütləri sındıran kimi, yəqin səhərə qədər əhali özü şəhəri bu üzlüklərdən təmizləyəcək. Biz artıq bu oyunbazlığın ilk qurbanlarını verdik. Hacıbala müəllim səxavət kisəsinin ağzını açıb evləri yanmış ailələrin hər gününə min manat verə bilər. Amma iki yaşında ikən həyatını itirmiş Ayxanı, 3 yaşında alovunağuşuna aldığı Fərəhi bir də qaytarmaq olmayacaq. Bu körpələr dövlət səviyyəsində, dövlət adından yol verilmiş məsuliyyətsizliyin qurbanı oldular. Son vaxtlar hakimiyyətin yuxarı eşalonlarında “penoplas” müzakirələri başlanmışdı. Amma heç kəs bu təhlükəli biznesin qarşını ala bilmədi, əlaqədar orqanlardan bəziləri xəbərdarlıq etməklə kifayətlənib öz işini bitmiş hesab etdi. Hələ bu hadisədən xeyli əvvəl alov əhatəsində səksəkəli həyat yaşamağa məhkum edilmiş adamlar arasında söz-söhbət gəzirdi ki, içində atəş saxlayan bu gəlirli biznesin arxasında prezident administrasiyasının başçısı Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin kölgəsi dayanır. Bu bir az həqiqətə oxşayır, əks təqdirdə şəhərin belə asanlıqla alışqan materialla üzlənməsinin və bu qədər vəzifəli şəxslərin özlərini pərvanə kimi sədaqətlə alova çırpmasının ayrı izahı yoxdur”, Milli Şura sədri hökumətin yuxarı eşelonunu günahkar sayır.

Müsavat Paertiyasının başqanı Ariv Hacılı Facebook səhifəsində yazır ki, Bakı şəhərinin 10 minlərlə sakininin yaşadığı 800 bina benzin çəlləyyinin içinə qoyulub.

Arif Hacılı
Arif Hacılı

“Buna görə xalqın milyonları xərclənib, kimlərsə varlanıb. Buna görə icra strukturları təntənəli raportlar verib, "analoqu olmayan inkişaf"dan danışıb. Bu raportları verənlər ordenlərlə təltif edilib. Bütün bunlar korrupsiya maraqları, ölkənin acı reallıqlarını görməməzliyə vurmaq və ya əcnəbilərin gözündən gizlətçmək məqsədi ilə edilib.

İlham Əliyevə sadə və aydın sualım var: Binaları, küçələri, yolları, kəndləri, şəhərləri, dəstəkçiniz olmayan insanları parıltılı görünən, saxta örtüklərin arxasında gizlətmək məqsədiniz bunların tüstüsündə boğulan, odunda yanan balalarımızın naləsinə dəyərdimi?” Hacılı sual edir.

Müsavat Partiyası faciənin miqyasını nəzərə alaraq ölkədə bir günlük matəm elan olunmasınızəruri sayır.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə binaların üzərindən penoplast örtüklərin dərhal sökülməsini, həmin örtüklərin odadavamlı materiallarla əvəz olunmasını, bu faciəli vəziyyətin yaranmasında təqsiri olanların dərhal cəzalandırılmasını, yanğından zərərçəkənlərə ciddi kompensasiyanın ödənilməsini tələb edir", partiyanın bəyanatında qeyd edilir.

XS
SM
MD
LG