Accessibility links

Müxalifət fəallarının məhkəməsi təyin edilib

Müxalifət fəallarının məhkəməsi təyin edilib
Müxalifət fəallarının məhkəməsi təyin edilib

Bu gün Səbael rayon məhkəməsində İctimai Palatanın 2 aprel mitinqində həbs olunan AXCP fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Müsavat partiyasının fəalı Elşən Həsənov və bitərəf Elnur İsrafilovun işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Yalçın İmanov Amerikanın Səsi radiosuna bildirib ki, cinayət işinə xitam verilməsi, işdə cinayət tərkibi olmadığına görə təqsirləndirilən şəxslərin həbsdən azad edilməsi vəsatətləri ilə çıxış edib. “İndiyədək fəalların saxlanılmasının hüquqi səbəbləri bilinmir”.
Hakim vəsatətlərə baxmayıb, məhkəməsi prosesini iyulun 19-na təyin edib.
İctimai Palatanın aprelin 2-də Bakının mərkəzində siyasi islahatlar aparılması tələbi ilə keçirdiyi aksiyada onlarla gənc fəal saxlanılıb. Onlardan 15 nəfəri barəsində ictimai qaydanı pozmaq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək ittihamları ilə cinayət işi başlanıb. Təqsirləri sübuta yetirilərsə onlar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Aprelin 2-də həbs edilmiş digər şəxslərin işi üzrə istintaq davam edir.

XS
SM
MD
LG