Accessibility links

Müxalifət Suriyanın Homs şəhərinə müşahidəçi missiyası göndərilməsini tələb edib


Müxalifət Suriyanın Homs şəhərinə müşahidəçi missiyası göndərilməsini tələb edib
Müxalifət Suriyanın Homs şəhərinə müşahidəçi missiyası göndərilməsini tələb edib

Suriyanın xaricdəki müxalif Milli Şurasının rəhbəri Bürhan Qaliun bu gün yayımlanan video-müraciəti zamanı Ərəb Liqasından hökumət qüvvələrinin insanlara divan tutduğu Homs şəhərinə müşahidəçi missiyası göndərməsini tələb edib.

Ərəb Liqası 150 müşahidəçidən ibarət müşahidəçi qrupunun Suriyaya göndərilməsi barədə plan əldə edib. Plana əsasən müşahidəçilər Suriyada təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakıqları dayandırmasını təminat altına almalıdır.

Londonda yerləşən İnsan Hüquqları Müşahidəçi qrupunun bildirdiyinə görə, bu gün Homs vilayətində 6, Dır Ezzor şəhərində isə 3 adam öldürülüb.

BMT bildirir ki, mart ayından bəri Suriyada təhlükəsizlik qüvvələri tərəfindən 5000-ə yaxın insan öldürülüb.

XS
SM
MD
LG