Accessibility links

Müxalifətçi gənclər toplaşmaq azadlığı tələb edib


Müxalifətçi gənclər toplaşmaq azadlığı tələb edib
Müxalifətçi gənclər toplaşmaq azadlığı tələb edib

Müsavat, Xalq Cəbhəsi, Demokrat və Vətəndaş Həmrəyliyi Partiyalarının gənclər təşkilatları Bakı meriyası qarşısında iki dəfə piket keçirməyə cəhd edib.

Bu gün müxalifətdə olan Müsavat, Xalq Cəbhəsi, Demokrat və Vətəndaş Həmrəyliyi Partiyalarının gənclər təşkilatları Bakı meriyası qarşısında iki dəfə piket keçirməyə cəhd edib. Hər iki halda cəhdin qarşısı alınıb. Polis bu dəfə etirazçılarla bir qədər sərt davranıb, onları saxlayarkən fiziki gücdən istifadə edib. Ondan çox fəal saxlanıb.

Etirazçılar siyasi məhbus hesab etdiyi məhbusların şəkillərini qaldırıb, “Azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Toplaşmaq azadlığı tələb edirik!” şüarları səsləndirib.

Aksiyanın maraq doğuran cəhətlərindən biri də polisin etirazçıları metro stansiyasına sıxışdırmasından sonra baş verib. Aksiya iştirakçıları metro stansiyasında və vaqonlarda “Azadlıq!” şüarları səsləndirib.

Xatırladaq ki, bir neçə gün öncə gənclər noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin və ya Bakı Apelyasiya Məhkəməsinin qarşısında piket keçirmək üçün meriyaya müraciət edib və meriya bu aksiyaya icazə verməyib.

XS
SM
MD
LG