Accessibility links

Müxalifətçilərin məhkəməsi davam edib


Müxalifətçilərin məhkəməsi davam edib
Müxalifətçilərin məhkəməsi davam edib

Müttəhimlər kürsüsündə Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər təşkilatının rəhbəri Tural Abbaslı, Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı, həmin partiyanın şöbə müdiri Məhəmməd Məcidli əyləşib.

Bu gün Səbayel Rayon Məhkəməsində müxalifətdə olan İctimai Palatanın 2 aprel aksiyasında iştiraka görə həbs olunmuş dörd müxalifətçinin işi üzrə məhkəmə prosesi davam edib. Müttəhimlər kürsüsündə Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər təşkilatının rəhbəri Tural Abbaslı, Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı, həmin partiyanın şöbə müdiri Məhəmməd Məcidli əyləşib.

Bu günki məhkəmə iclasında da hakim foto və video çəkilişlərin aparılması barədə vəsatəti təmin etməyib.

Müsavat gənclər təşkilatının rəhbəri T ural Abbaslıya məhkəməyə ifadə verməkdən imtina edərək ittihamın mahiyyətinin ona aydın olmadığını bildirib. Vəkil Anar Qasımlı vəsatət qaldırıb ki, ittihamın mahiyyətini aydınlaşdırmaq üçün Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimləri dəvət olunsun. Amma, hakim bu vəsatəti təmin etməyib.

Sonra, vəkil Tural Abbaslının məhkəmə prosesi müddətində girov müqabilində şərti azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, cənab Abbaslının anasına məxsus 500 min manatlıq evin girov qoyulması mümkündür. Müşavirədən sonra hakim bu vəsatəti də rədd edib. Daha sonra zərərçəkənlər ifadə verib.

Növbəti proses sentyabrın 7-nə təyin edilib.

Müxalifətçilər Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişi pozan hərəkətlərin təşkili və ya iştirak) və 315-ci (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) maddələri ilə ittiham olunur.

XS
SM
MD
LG