Accessibility links

Müzəffər Baxışov: Azərbaycanda yeni konstitusiyanın qəbuluna çox ciddi ehtiyac var [Video-müsahibə]


Müzəffər Baxışov: Azərbaycanda yeni konstitusiyanın qəbuluna çox ciddi ehtiyac var
please wait

No media source currently available

0:00 0:07:16 0:00

Müzəffər Baxışov: Azərbaycanda yeni konstitusiyanın qəbuluna çox ciddi ehtiyac var

Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günüdür

“Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov Amerikanın Səsinə müsahibəsində Azərbaycan konstitusiyasının tətbiqindəki problemlərdən, insan hüquq və azadlıqları sahəsində pozuntulardan və konstitusiya islahatlarından danışıb.

Amerikanın Səsi: Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günüdür. Konstitusiyanın əsas qayələrindənbiri hakimiyyətin xalq tərəfindən formalaşdırılmasıdır. Bu sahədə durumu necə qiymətləndirirsiniz?

Düşünürəm ki, Azərbaycanda sərbəst və müstəqil şəkildə hakimiyyət orqanlarının seçilməsində ciddi problemlər var.

Müzəffər Baxışov: Deklarativ xarakter daşısa da konstitusiya qüvvədədir və Azərbaycan Respublikasının hər bir vətəndaşı konstitusiyanın müddəalarına əməl etməlidir. Mən düşünürəm ki, konstitusiyanın hakimiyyətin formalaşdırılması ilə bağlı müddəaları təsbit edilsə də, həmin müddəaların həyata keçirilməsində çox ciddi problemlər var. Yəni, konstitusiyanın 2-ci maddəsinə görə xalq sərbəst surətdə öz idarəetmə formasını müəyyən edir və seçkili orqanlarını seçir. Amma, çox əfsuslar olsun ki, həmin hüquqların həyata keçirilməsində “Azərbaycan Respublikası Seçki Məcəlləsi” qəbul edilsə də, amma hakimiyyətin seçkilər yolu ilə formalaşdırılması ilə bağlı çox ciddi problemlər var. Təsadüfi deyil ki, indiyədək istər Azərbaycan Respublikası prezidenti seçkiləri, istər Azərbaycan Respublikası Milli Məclisi seçkiləri, istərsə də bələdiyyə seçkilərində çox ciddi qanun pozuntularına yol verilib. Qanun pozuntuları dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən də təftiş edilib.

Düşünürəm ki, Azərbaycanda sərbəst və müstəqil şəkildə hakimiyyət orqanlarının seçilməsində ciddi problemlər var. Bu problemlər həll olunmalıdır. Azərbaycanda halal yolla hakimiyyət formalaşdırılmalıdır.

Amerikanın Səsi: Konstitusiya ölkənin azad, demokratik və unitar dövlət olduğunu ehtiva edir. Xalqın suverenliyi ölkədə azadlıqların, demokratiyanın və ərazi bütövlüyünün bərpası üçün bəs edirmi?

Çünki hüquqi dövlətin əsas prinsiplərindən biri qanunun aliliyi prinsipinin təmin edilməsidir.

Müzəffər Baxışov: Bizim konstitusiyanın 7-ci maddəsinin tələblərinə görə Azərbaycan dövləti demokratik, hüquqi, dünyavi, unitar respublikadır. Bu əlbəttə konstitusiyada belə təsbit edilib. Azərbaycanın demokratikliyi ilə də bağlı, hüquq dövlət olması ilə bağlı çox ciddi problemlər var. Çünki hüquqi dövlətin əsas prinsiplərindən biri qanunun aliliyi prinsipinin təmin edilməsidir. Çox əfsuslar olsun ki, Azərbaycanda indiyədək qanunun aliliyi prinsipi təsbit edilməyib. Bu nöqteyi-nəzərdən də həmin insan hüquq-azadlıqlarının həyata keçirilməsində çox ciddi problemlər ortaya çıxıb, xüsusi ilə də insanların əsassız ittihamlarla həbs edilməsi, onların uzun müddət istintaq və həbs qətimkan tədbiri altında qanunsuz saxlanılması halları mövcuddur.

Həm də Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar çox ciddi problemləri var.Bu nöqteyi-nəzərdən düşünürəm ki, əgər Azərbaycanda konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları daha dolğun həyata keçirilsə Azərbaycan beynəlxalq güclər vasitəsi ilə öz ərazi bütövlüyünü təmin edəcək və azad, ədalətli bir dövlət qurmaq mümkün olacaq. Amma əfsuslar olsun ki, dövlət quruculuğu sahəsində Azərbaycanda yenə də ciddi problemlər mövcuddur və belə bir iradəni görmürəm.

Amerikanın Səsi: Konstitusiya mülkiyyət toxunulmazlığına, ədalətli və müstəqil məhkəmə sisteminə birmənalı şəkildə təminat verir. Bu sahədə durumu necə qiymətləndirirsiniz?

Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyət hüququna mənsub olan əmlakların dövlət orqanları tərəfindən heç bir məhkəmə qərarı olmadan alınması halları mövcud olub.

Müzəffər Baxışov: Siz tamamilə doğru deyirsiniz. Azərbaycan Respublikasının konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin üç növü, - dövlət, xüsusi, bələdiyyə mülkiyyəti var. Amma çox əfsuslar olsun ki, bu mülkiyyət növlərindən, xüsusilə xüsusi mülkiyyətin toxunulmazlığı ilə bağlı Azərbaycanda çox ciddi problemlər mövcuddur. İndiyə qədər, təsadüfi deyil ki, Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyət hüququna mənsub olan əmlakların dövlət orqanları tərəfindən heç bir məhkəmə qərarı olmadan alınması halları mövcud olub. Bütün beynəlxalq sənədlərdə bu hallar təsbit edilib. Bu hallarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də Azərbaycana qarşı qərarları mövcuddur. Düşünürəm ki, dövlət hakimiyyətin ən ciddi nöqsanlarından biri də insanların mülkiyyətinə təminat verməməsi, mülkiyyət hüquqlarını kobud surətdə pozmağa yol verməsidir. Bu Azərbaycanın beynəlxalq imicinə də çox mənfi təsir göstərir. Konstitusiyanın 7-ci maddəsinin müddəalarında Azərbaycanda məhkəmə hakimiyyətinin məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilsə də bu sahədə ciddi problemlər mövcuddur.

Xüsusilə də məhkəmə hakimiyyətinə icra hakimiyyəti tərəfindən verilən siyasi sifarişlər sözsüz icra edilir. Bu da məhkəmə hakimiyyətinin formalaşmasında ciddi nöqsanların mövcud olması ilə bağlıdır.

Yəni o insanlar hakim seçilə bilir ki, onların siyasi hakimiyyətdə bu və ya digər şəxslərlə hər hansı bir əlaqələri mövcuddur, onlar həmin şəxslərin hakim seçilməsinə təminat verdikdən sonra hakim vəzifəsinə təyin olunurlar.

Düzdür, Azərbaycan məhkəmə hakimiyyətini formalaşdıran qurumlar dəbdəbə ilə bildirirlər ki, bizdə hakimlərin seçki prosedurları elə təsbit edilmişdir ki, beynəlxalq təşkilatlar digər Avropa ölkələrində həmin sistemdən istifadə etmək istəyirlər. Əfsuslar ki, bu reallıqda belə deyildir. Yəni o insanlar hakim seçilə bilir ki, onların siyasi hakimiyyətdə bu və ya digər şəxslərlə hər hansı bir əlaqələri mövcuddur, onlar həmin şəxslərin hakim seçilməsinə təminat verdikdən sonra hakim vəzifəsinə təyin olunurlar. Həmin insanlar hakim vəzifəsinə hansı yollarla təyin edildiyini çox yaxşı bildiklərinə görə onlara verilən bu və ya digər siyasi sifarişləri canla-başla yerinə yetirirlər. Əsassız hökm, qətnamə, qərardad və digər məhkəmə aktlarını çıxarırlar. Son nəticədə bütün bunlar insan, vətəndaş hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır.

Amerikanın Səsi: Fikrinizcə, indiki anda konstitusiya islahatlarına ehtiyac varmı?

Azərbaycanda geridə qalmış Rusiya konstitusiyasına yox, Avropa ölkələrinin mütərəqqi konstitusiyalarına, deyək ki, Fransanın, Almaniyanın, Belçikanın, Hollandiyanın, digər Avropa ölkələrinin konstitusiyalarından istifadə etməklə mütərəqqi bir konstitusiyanın qəbul edilməsinə çox ciddi ehtiyac var.

Müzəffər Baxışov: Azərbaycanda yeni bir konstitusiyanın qəbul edilməsinə çox ciddi ehtiyac var. Tam məsuliyyətlə bildirim ki, Azərbaycanın indiki konstitusiyası 1993-cü il Rusiya Federasiyası konstitusiyasından olduğu kimi köçürmədir. Sadəcə olaraq bəzi müddəalar Azərbaycan reallığına uyğunlaşdırılıb. Bunu Rusiya konstitusiyası ilə bağlı istənilən şəxslə mübahisədə təhlil apararkənsübut edə bilərəm. Azərbaycanda geridə qalmış Rusiya konstitusiyasına yox, Avropa ölkələrinin mütərəqqi konstitusiyalarına, deyək ki, Fransanın, Almaniyanın, Belçikanın, Hollandiyanın, digər Avropa ölkələrinin konstitusiyalarından istifadə etməklə mütərəqqi bir konstitusiyanın qəbul edilməsinə çox ciddi ehtiyac var. Konstitusiya təkmilləşdirilməlidir, xüsusilə prezident hakimiyyətinin, icra hakimiyyətinin mövqeyi həddindən artıq üstündür və bu hakimiyyət istər-istəməz bu və ya digər hakimiyyət qanadlarına təsir göstərə bilir. Bu sahədə təkmilləşdirmə aparılmalıdır. İnsan hüquq və azadlıqlarına aid təsbit edilmiş müddəaların real həyata keçirilməsi üçün tədbirlər görülməlidir.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə insan hüquq və azadlıqlarının, seçki hüuqunun tam təmin edildiyini, məhkəmə hakimiyyətinin icra hakimiyyətindən asılı olmadığını, məhkəmə qərarlarının hüquqa əsaslandığını bəyan edir. Azərbaycan prezidenti ölkədə siyasi sifarişlə həbs edilənlərin olmadığını dəfələrlə bəyan edib.

Bununla yanaşı beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Avropa İttifaqı, Avropa Şurası Azərbaycanda insan hüquqlarının ciddi şəkildə pozulmasından dərin narahatlıqları ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib. “Amnesty İnternational” ölkədə onlarla “vicdan məhbusu”nun olduğunu bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG