Accessibility links

Məxfi sənədlərin açıqlanması ABŞ və Pakistan rəsmilərini qəzəbləndirib


ABŞ və Pakistan rəsmiləri Amerikanın əfqanıstandakı müharibəsinə dair məxfi sənədlərin açıqlanmasını pisləyirlər. Bazar günü WikiLeaks vebsaytında on minlərlə sənəd açıqlanıb. Saytın rəhbərliyi bidirib ki, Əfqanıstanda situasiya imkan verdikcə əlavə sənədlər də açıqlanacaq. Sənədlər 2005-cü ilin yanvarından 2009-cu ilin dekabrınadək olan müddəti əhatə edir. Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Couns açıqlamaları “məsuliyyətsizlik” adlandıraraq onların təkcə amerikalıların və onların tərəfdaşlarının həyatlarını deyil, milli təhlükəsizliyi riskə qoyduğunu deyib. Açıqlanan sənədlərdə yüksək dəyərli Taliban hədəflərinəə qarşı planlaşdırılan hücumların detalları təqdim olunur. Sənədlərdə belə bir qorxu izhar olunur ki, Pakistanın kəşfiyyat xidməti əfqan qiyamçılarına yardım göstərir.

XS
SM
MD
LG