Accessibility links

Birma liderlərinin görüşü keçirilib


Bu gün Birma prezidenti və hərbi rəhbəri siyasi və etnik azlıqların ali liderləri ilə görüşüblər. Bu sammit uzun illərdir hərbi hakimiyət nəzarətində olan ölkədə ilk belə sammitdir.

İnformasiya naziri Ye Htut bildirib ki, paytaxt Naypidauda keçirilən zirvə görüşünün iştirakçıları siyasi islahatlar, ümummilli atəşkəs səyləri və 2015-ci ildə keçiriləcək parlament seçkiləri yolunda inkişafları davam edəcəkləri haqda razılığa gəliblər.

Hər hansı irəliləyiş barədə məlumat verilməsə də, informasiya naziri bildirib ki, müxalifət lideri Aung San Suu Kyi də daxil olmaqla görüş iştirakçıları qeyri-müəyyən bir tarixdə danışıqlara davam etməyi qərarlaşdırıblar.

Birma dünyanın keçmiş ən qəddar avtoritar dövləti statusundan qurtulmaq yolunda bir sıra çətinliklərlə üzləşir.

Zorakılıqların geniş yayıldığı Birmanın qərbi əyaləti Raxində etnik azlıq olan Rohingya qrupu dövlət və cəmiyyət tərəfindən təqibə məruz qalmasından şikayətlənir.

Hökümət onlara qarşı illərlə mübarizə aparan digər iqtisadi azlıq qrupları ilə də ümummilli atəşkəs əldə etməyə çalışır.

Bununla yanaşı, ölkədə müxalifətin hərbi qüvvələrə siyasətdə dominant qüvvə kimi təminat verən konstitusiyaya dəyişiklik etmək cəhdləri səbəbilə gərginlik yaşanır.

Dünən ABŞ prezidenti Barak Obama Birmanın gələn il seçkilərin keçirilməsi üçün bütün qüvvələrin daxil olduğu və müfəssəl proses tərtib etməyə çağırıb.

Prezident fikrini prezident Tein Sein və Aung San Suu Kyi ilə olan ayrı-ayrı telefon görüşmələrində bildirib.

Uzunmüddətli demokratiya tərəfdaşı liderlə telefon görüşməsində Obama ölkədəki siyasi və iqtisadi islahtlar və 2015-ci ilin parlament seçkilərinin keçirilməsi üçün inkluziv prosesə ehtiyac olduğunu müzakirə edib.

Ağ Ev rəsmiləri bildiriblər ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatlarının Birmada tolerantlığın təbliğinə, fikir fərqliliyinə hörmətə, və daha inkluziv siyasi mühitin yaranmasına olan dəstəyi müzakirə olunub.

Prezident Tein Seinlə olan müzakirədə Obama Birmanın Raxin əyalətindəki gərginlik və humanitar vəziyyətlə bağlı əlavə addımların atılmasının əhəmiyyətini vurğulayıb.

O, həmçinin Tein Sein və onun hökümətinin sülh prosesinə olan öhdəliklərini alqışlayıb və bildirib ki, ölkədə qısa müddətdə atəşkəsin əldə olunması üçün hər cür səy göstərilməlidir.

Prezident Obamanın gələn ay bir neçə regional sammitdə iştirak etmək üçün Birmaya səfər edəcəyi gözlənilir. Bir neçə təhlilçi bildirir ki, Bugünkü sammit də bu səfərə görə keçirilib.

Bu sammit ölkənin ən güclü iki silahlı qüvvələrinin rəhbəri Ali Baş General Min Aung Hlaing və Aung San Suu Kyi arasında keçirilən ilk görüş olub.

Aung San Suu Kyinin Milli Demokratiya İttifaqı partiyası Konsitusiya islahatlarına rəhbərlik edir. Bu dəyişiklik nəticəsində parlamentdəki 25 faizlik yerə hərbi qüvvələr nəzarət edəcək.

Konstitusiya həmçinin Aung San Suu Kyinin prezidentliyə namizədliyini qadağan edir, çünki onun keçmiş həyat yoldaşı və iki oğlu britaniyalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG