Accessibility links

Myanma boyu minlərlə insan yenidən küçələrə axışıb


Şahidlər və medianın bildirdiyinə görə, bazar ertəsi, fəalların ölkədəki müxtəlif etnik azlıqları hərbi hakimiyyətə qarşı kampaniyaları dəstəkləməyə çağırdıqları gün Myanmanın təhlükəsizlik qüvvələri Yanqon şəhərində üç nəfəri öldürüb.

Hərbi çevrilişdən bəri ən tələfatlı, 114 nəfərin ölümü ilə nəticələnən şənbə günündən sonra, on illik demokratik islahatların ardından hərbi idarəçiliyin təkrarlanmasına qarşı olduqlarını nümayiş etdirməyə qərar verən minlərlə insan ölkə boyu şəhərlərdə küçələrə çıxıb.

Media və şahidlər təhlükəsizlik qüvvələrinin Yanqon şəhərinin məhəllələrindən birində atəş açması nəticəsində bir adamın öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.

"O, başından vuruldu. Onlar küçədəki hər kəsə, hətta Qırmızı Xaç dəstəsinə belə atəş açırdı. Bu, hazırda sizinlə danışdığım zaman da davam edir” - deyə, Tiha So adlı şahid Reuters xəbər agentliyinə bildirib.

Polis və hərbi xuntanın sözçüsü vəziyyətlə bağlı heç bir şərh verməyib. Myanma Qızıl Xaç Təşkilatı bu məlumatı araşdırdığını bildirib.

Yerli sakinlərdən birinin dediyinə görə, təhlükəsizlik qüvvələri Yanqonun başqa bir bölgəsində daha iki etirazçını öldürüb.

Siyasi Məhbuslara Yardım Dərnəyi qrupunun hesabatına əsasən hərbi çevrilişdən bəri ölkədə 462 mülki şəxsin öldürüldüyü bildirilir.

Birləşmiş Ştatlar da daxil olmaqla, ondan çox ölkənin hərbi qərargahlarının rəhbərləri şənbə günü yaydıqları bəyanatda Myanmada dinc demokratiya tərəfdarlarına qarşı ölümcül silahlardan istifadə edilməsini qınayıb.

“Professional hərbi qüvvələr beynəlxalq davranış standartlarına əməl edir və xidmət etdiyi insanlara zərər vermək deyil, onları qorumaq kimi cavabdehlik daşıyır” – deyə, bəyanatda bildirilir.

XS
SM
MD
LG