Accessibility links

Myanma qaçqınları COVİD-19 təhlükəsi ilə üzləşir


Myanma qaçqınları COVİD-19 təhlükəsi ilə üzləşir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Myanma qaçqınları COVİD-19 təhlükəsi ilə üzləşir

Myanmada bir-birinə yaxın və bəzən qeyri-sanitariya şəraitində yaşayan təxminən 350.000 məcburi köçkün COVİD-19-un yayılması təhlükəsi ilə üzləşir. Pandemiya ilə qarşı-qarşıya gələn ölkənin bəzi düşərgələrin fəlakətin qarşısını almaq üçün məlumat toplanılması və bəzi avadanlıqlarla təmin edilməsi üçün xüsusi qruplar yaradılır.

Səyahət məhdudiyyətləri artdıqca Myanmanın məcburi köçkün düşərgələrinə ərzaq və yardım çatdırmaq, sakinlər barədə məlumat əldə etmək getdikcə çətinləşir. Kaçin vilayətində əməkləri ilə təsadüfi qazanc əldə edən düşərgə sakinləri virusdan savayı narahat olmalı çox şeyin olduğunu deyrlər. "Biz Covid-19 virusundan qorxmuruq, çünki bizim üçün ən vacib və təhlükəli şey ailəmizə ərzaq almaq üçün pulun olmamasıdır. Yemək olmasa hamımız öləcəyik" -deyə, Nau Ca Pi adlı qaçqın bildirir.

Burada ərzaq çatışmır və koronavirus haqqında məlumat azdır. Yoluxucu virusun təhlükəsini daha yaxşı anlamaları üçün bir media qrupu düşərgə sakinlərinə xüsusi bir mesajlı video hazırlayıb. Myitkyina News jurnalından Branq Mai: “Məqsəd birincisi məcburi köçkünlərdə COVID-19 haqqında kifayət qədər məlumat olub-olmadığını öyrənmək, ikinci isə insanları bu haqda daha çox məlumatlandırmaqdır. Məcburi köçkün uşaqlar COVID-19-un nə oldudunu anlayacaqlarsa, niyə də etməyək?"

Məcburi qaçqın düşərgələri mülki vətəndaşların hökumət qüvvələri və etnik silahlı qruplar arasında qarşıdurmalardan qaçdıqları zaman salınıb. Arakan və Karen vilayətlərində münaqişə hələ də davam edir.

Mart ayında sərhəd bağlandıqdan sonra Karen vilayətinin ən böyük El Tuhta düşərgəsinə Taylanddan ən vacib qida olan düyünün gətirilməsi dayandırılıb və bu, düşərgədə qida çatışmazlığı probleminə səbəb olub. "Fikrimcə, BMT-nin Myanmadakı komandası Myanma hökumətinə qarşı sərt şəkildə 'bu həyat və ölüm məsələsidir, bu məhdudiyyətlərə son qoymağın və lazım olan yerlərdə insanların yardım almalarının vaxtıdır` deməlidir" deyir, Human Rights Watch tışkilatından Fil Robertson.

Myanma ölümcül virusun mümkün yayılmasına hazırlaşdığı bir vaxt, vətəndaş cəmiyyəti qrupları etnik ərazilərdəki COVID-19 qarşısında ən həssas olan insanların yardıma daha çox ehtiyacı olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG