Accessibility links

Myanmanın çevriliş əleyhinə nümayişlərində azı dörd nəfər öldürülüb


Myanmanın çevriliş əleyhinə nümayişlərində azı dörd nəfər öldürülüb.

Amerikanın Səsinin Birma tərəfindən təsdiqlənən sosial media paylaşımlarına görə, polis və təhlükəsizlik qüvvələri bazar günü Yanqon yaxınlığındakı Baqo qəsəbəsində bir nümayişçini, daha sonra Hlainq Taryar qəsəbəsində üç nümayişçini öldürüb.

Məlumat şahidlər və yerli media hesablarının Reuters xəbər agentliyi tərəfindən istinadən yayılıb.

Şənbə günü Myanmada etirazçılar yenidən küçələrə axışıb. Təhlükəsizlik qüvvələri isə cavab olaraq izdihama canlı güllə ilə atəş açıb. Nəticədə azı on bir nümayişçi həyatını itirib.

Amerikanın Səsinin Birma xidməti təcili yardım işçisinə istinad edərək səkkiz nəfərin öldüyünü təsdiqləyib. Yerli medianın məlumatına görə isə, başqa bir nəfər mərkəzi Pyay şəhərində, digər iki nəfər isə Yanqon şəhərində ölüb.

Bundan əlavə şənbə günü fevralın 1-də baş verən hərbi çevrilişdən sonra devrilən qanunvericilər tərəfindən təyin olunan ölkənin parallel mülki hökumətinin başçısı xuntanı devirmək üçün “inqilab” vəd edib.

Hakim Milli Demokratiya Liqasının yüksək səviyyəli rəsmiləri ilə birlikdə gizlənən Man Vin Kainq ilk dəfə olaraq xalqa müracit edib və Facebook-da Hluttav Pyidaunqsunu Təmsil Edən Komitənin (CRPH) federal demokratiya yaratmağı planlaşdırdığını elan edib.

O, təfədarlarına deyib ki, CRPH lazımı qanunları tətbiq etməyə çalışaçaq ki, inansların özlərini müdafiə etmək hüquqları olsun. O əlavə edib ki, “bu inqilab bizim səylərimizi bir araya gətirmək şansıdır.”

Hərbi hökumət Man Vin Kainqin şərhlərinə dərhal münasibət bildirməyib, lakin fevralın 5-də devrilmiş parlamentin seçilmiş üzvləri tərəfindən yaranan CRPH-i qanunsuz elan edib. Xunta həmçinin CRPH-i terror təşilatı elan edib və deyib ki, onunla əlaqəsi olan hər bir kəsə xəyanət ittihamları iləri sürüləcək ki, buna görə edam cəzası tətbiq oluna bilər.

Bu arada isə Myanmada etirazlar və zorakılığın davam etdiyi bir vaxt Birləşmiş Millətlər Təşkilatının Myanma üzrə insan haqları təhqiqatçısı beynəlxalq ictimaiyyəti fevralın 1-də baş verən çevrilişdə hakimiyyəti ələ keçirən hərbi xuntaya qarşı birlik olmağa çağırıb.


O əlavə edib ki, beynəlxalq ictimaiyyət “xuntanın toxunulmaz olduğuna dair düşüncəsinə” son qoymalıyıq.

Myanma rəsmisi şuraya bildiirb ki, ölkə rəsmiləri etirazçılara qarşı “son dərəcə təmkinli”davranırlar.
Endryus bu iddiaları “absurd” adlandırıb.

O deyib ki, Myanma ordusu hakimiyyəti seçilmiş hökümətdən alandan bəri təhlükəsizlik qüvvələri azı 70 nəfəri öldürüb, 2000-dən çox insanı həbs edib.

ABŞ ötən ay Myanmanın hərbi rejiminə sanksiyalar elan edib.
Bu həftənin əvvəlində ABŞ hökuməti ordunun baş komandiri Min Aunq Hlainq-iki iki yetkin yaşda uşağına sanksiya tətbiq edib.

Birləşmiş Ştatlar xuntanın hakimiyyəti ələ keçirməsindən sonra ədalətsiz şəkildə həbs olunan Milli Demokratiya Liqası partiyasının lideri Aunq San Suu Çinin, devrilmiş prezident Vin Myintin habelə etirazçılar, jurnalistlər və insan haqları fəallarının dərhal sərbəst buraxılmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG