Accessibility links

Myanma ordusu həbsləri davam etdirir


Myanmanın tez-tez təqib olunan etnik azlıqlarının üzvləri cümə axşamı ordunun mülki hökumətin devrilməsinə qarşı altıncı gündür davam edən ümummilli etiraz aksiyalarına qatılıb.

Etnik Karen, Rakxin və Kaçin azlıq qruplarının üzvləri öz rəngarəng geyimlərini geyinərək, Yanqun küçələrində kütləvi yürüşdə iştirak edənlərin arasında olub. Myanma ordusu on illərdir ölkənin böyük muxtariyyət tələb edən etnik qruplarını hədəf alır.

Etirazlar hərbi xuntanın faktiki lideri Aunq San Su Çini devirməsindən bir həftədən çox müddət ərzində ölkəyə nəzarəti gücləndirməyə çalışdığı şəraitdə davam edir.

Ən yaxın köməkçilərindən biri olan Kyu Tin Sve bir gecədə təhlükəsizlik qüvvələri tərəfindən evlərindən aparılaraq həbs edilən Su Çinin Demokratiya Uğrunda Milli Liqası Partiyasının bir neçə üzvü arasındadır. Myanmanın Seçki Komissiyasının rəhbərliyinin də həbs edildiyi bildirilib. Komissiya Demokratiya Uğrunda Milli Liqasının noyabr seçkilərində böyük üstünlüklə qalib gəldiyini deyərək, ordunun saxtakarlıq barədə iddialarını rədd edib.

Son həbslər hərbiçilərin Demokratiya Uğrunda Milli Liqasının Yanqundaki milli qərargahına basqınından bir gün sonra baş verib.

Hərbi qüvvələr seçki saxtakarlığı iddiaları ilə fevralın 1-də həyata keçirdiyi çevrilişinə, Su Çinin və mülki hökumətin yüksək vəzifəli üzvlərinin həbsinə haqq qazandırmaq üçün istifadə edir. Çevrilişə rəhbərlik edən baş general Min Aun Hlayin bazar ertəsi milli televiziya ilə çıxışında "həqiqi və intizamlı bir demokratiya" gətirən yeni bir seçkilərin keçiriləcəyini vəd edib. Lakin o, bunun nə zaman baş verəcəyini açıqlamayıb.

Nümayişlər başladığından bəri on minlərlə insan Myanmada əllərində “Myanmanı xilas et”, “Biz demokratiya istəyirik” yazılı plakatlarla və devrilmiş hökumətin faktiki lideri Aunq San Su Çinin portretləri ilə etirazlarını davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG