Accessibility links

Myanmada Reuters-in həbsə məhkum edilən jurnalistlərinin apellyasiya şikayəti təmin edilməyib


Reuters xəbər agentliyinin Myanmada 7 il həbs cəzasına məhkum edilən iki jurnalistinin apellyasiya şikayəti təmin edilməyib.

Ali məhkəmənin hakimi Aun Neinq hökmün ittihama uyğun olduğunu deyib.

Reuters agentliyinin prezidenti və baş redaktoru Stifen Adler Va Lon və Kyav Soe Oo hökmü qınayaraq, bunu haqsızlıq adlandırıb.

Avropa Məhkəməsinin Myanma üzrə səfiri Kristian Şmit məhkəmənin çıxardığı hökmə reaksiya verərək, Myanma prezidentinin bu ədalətsizliyə qarşı çıxacağına və jurnalistlərin əfv edilməsi üçün mümkün addımlar atacağına ümid etdiyini deyib.

2017-ci ilin dekabr ayında həbs edilən Va Lon və Kyav Soe Oo ölkənin məxfilik qanunlarını pozmaqda ittiham olunub.

Jurnalistlərə qarşı irəli sürülən hökmlə razılaşan hakim vəkillərin jurnalistlərin günahsız olduğunu sübut etmək üçün kifayət qədər dəlil təqdim etmədiklərini deyib.

XS
SM
MD
LG