Accessibility links

Myanmanın kölgə hökuməti Xalq Müdafiə Qüvvələri adlı ordu yaradıb


Myanmanın devrilmiş hökumətinin keçmiş qanunvericilərinin yeni qurduğu kölgə hökuməti fevralın 1-dəki çevrilişindən sonra ölkənin nəzarətini ələ keçirən və 760-dan çox insanın ölümünə səbəb olan hərbi xuntaya qarşı silahlı dəstə yaradıb.

Milli Birlik Hökümətinin dediyinə görə, Xalq Müdafiə Qüvvələrini Aun San Su Çinin Milli Demokratiya Uğrunda Ligasının noyabr seçkilərində qazandığı qələbədən sonra ona verdiyi səlahiyyətlərdən istifadə edərək yaradıb.

Üç həftədir yaradılan Milli Birlik Höküməti silahlı dəstənin özünü Dövlət İdarəetmə Şurası adlandıran xuntanın insanların qətlinin və digər zorakılıqlarının qarşısını almaq üçün vacib olduğunu deyib.

"Bu gün, mayın 5-i Xalq Müdafiə Qüvvələrini qurduq. Bu ordu çoxdan hazırlanırdı. Təlimlər çox vaxt apardı" - deyə, Xalq Müdafiə Qüvvələri nazirinin müavini Кhин Ма Ма Мио bildirib.

"Təlim işçi qüvvəsindən və silahdan daha vacibdir. Müdafiə Nazirliyinin nəzdində müdafiə avadanlığı şöbəsi yaradılıb" - deyə, o əlavə edib.

Myanmada xaos fevralın 1-dən, ordunun ölkənin faktiki lideri Aunq San Su Çi və demokratik yolla seçilmiş sivil hökumətin digər üzvlərinin həbsindən bəri davam edir. Xunta ölkənin devrilmiş de-fakto lideri Aunq San Su Çiyə qarşı fırıldaqçılıq ittihamlarını təkrarlayaraq, etdiyi çevrilişə haqq qazandırmağa çalışır.

XS
SM
MD
LG