Accessibility links

Myanmanın nefrit mədənində torpaq sürüşməsi baş verib


Çərşənbə günü Myanmanın şimalındakı nefrit mədənində baş verən torpaq sürüşməsi nəticəsində onlarla insan itkin düşüb.

Təbii fəlakət ölkənin nefrit sənayesinin mərkəzi olan Kaçin ştatının Hpakant bölgəsində səhərə yaxın baş verib. Torpaq sürüşməsinin 70-80 nəfəri yaxınlıqdakı gölə aparmış olduğu təxmin edilir.

Fransanın France-Pressexəbər agentliyinin bildirdiyinə görə, xilasetmə qrupunun üzvü bir nəfərin ölü tapıldığını, 25 nəfər yaralının isə xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Torpaq sürüşmələri Myanmanın gəlirli, lakin zəif tənzimlənən nefrit mədən sənayesi üçün adi haldır. Burada Myanmanın hər yerindən gələn miqrantlar və işçilər qiymətli daşları tapmaq və sərhəd Çinə satmaq üçün çalışır.

Keçən il də Myanmanın şimalındakı nefrit mədənində baş verən torpaq sürüşməsi azı 126 nəfərin ölümünə səbəb olmuşdu. Mədən tullantılarının gölə sürüşməsi çox sayda işçinı palçıq və suyun altında qoymuşdu.

2021-ci il fevral çevrilişindən və Aun San Su Çinin mülki hökumətinin devrilməsindən sonra nifrit mədən sənayesində islahat səyləri dayandırılıb.

Aun San Su Çi mülki hökuməti vasitəsilə nifrit mədən sənayesində islahatlar aparmağa başlamışdı. Lakin bu səylər fevralın 1-i çevrilişi və ordunun hakimiyyəti ələ keçirməsi ilə sona çatıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG