Accessibility links

Myanma lideri həbs edilib, ordu hakimiyyəti ələ keçirib


Myanma ordusu noyabr seçkilərindəki saxtakarlığa dair iddiaları ilə bağlı tədbir görülmədiyini əsas gətirərək, bir il davam edəcək fövqəladə vəziyyət rejimi altında bazar ertəsi ölkəyə nəzarəti ələ alıb.

Bu barədə hərbi qüvələrə məxsus Myavaddi telekanalında verdiyi açıqlamasında ordu bildirib ki, seçkilər bir ilin sonunda keçiriləcək və ordu hakimiyyəti qalibə verəcək.

Hərbi qüvvələr hakimiyyəti Myanma lideri Aunq San Su Çi və hakim Demokratiya Uğrunda Milli Liqa Partiyasının digər rəsmilərinin həbs edilməsindən bir neçə saat sonra ələ keçirib.

Demokratiya Uğrunda Milli Liqa Partiyasının sözçüsü Myo Nyunt bazar ertəsi gecə həbs edilənlər arasında Prezident Vin Myintin də olduğunu deyib.

"Bildiyimiz kimi, bütün rəsmilər Birma ordusu tərəfindən həbs olunub. İndi biz bunun dövlət çevrilişi olduğunu deyə bilərik," sözçü bildirib.

Daha sonra Demokratiya Uğrunda Milli Liqa Partiyası Facebook səhifəsində insanları "çevrilişə" qarşı çıxmağa və "hərbi diktaturaya" qayıtmamağa çağırıb.

Bazar ertəsi partiyanın noyabr seçkilərində qazandığı qələbəsindən sonra parlamentdə ilk iclası olmalı idi.

ABŞ Dövlət Katibi Entoni Blinken Birləşmiş Ştatların Birma xalqının demokratiya, azadlıq, sülh və inkişaf istəklərini dəstəklədiyini deyib və ordunu hərəkətlərinə dərhal son qoymağa çağırıb.

BMT-nin Baş Katibi Antonio Quterreş Myanmanın hərbi rəhbərliyini mövcud fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.

Avropa İttifaqı, Britaniya, Avstraliya, Hindistan və Sinqapur Myanmadakı vəziyyətlə əlaqədar narahatlıqlarını ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG