Accessibility links

Avropa İttifaqı Myanma, Rusiya və İranla bağlı görüş keçirəcək


Bazar ertəsi Avropa İttifaqının Brüsseldə toplaşan xarici işlər nazirləri fevralın 1-də Myanmadakı hərbi çevrilişin məsuliyyətini daşıyanlara qarşı bir sıra sanksiyalar hazırlamağa qərar verib.

"Avropa İttifaqı qanuni mülki hökumətin bərpası və yeni seçilmiş parlamentin işinə başlaması yolu ilə mövcud fövqəladə vəziyyətə dərhal son qoyulmasına çağırır" - deyə, nazirlərin bəyanatında bildirilir.

Bəyanatda “Avropa İttifaqı hərbi çevrilişə birbaşa cavabdeh olanları hədəf alan məhdudlaşdırıcı tədbirlər görməyə hazırdır. Qurum və ona üzv dövlətlər sərəncamında olan bütün digər vasitələri də nəzərdən keçiriləcək” deyilib.

Nazirlərin müxalifət lideri Aleksey Navalnının həbsinə görə Rusiyaya qarşı da sanksiyalar tətbiq edəcəyi ehtimalı var.

İclasdan əvvəl jurnalistlərə danışan Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosef Borell deyib ki, Rusiyanın Navalnı işində Avropa İttifaqı ilə qarşıdurma kursu götürdüyü aydındır. O, Rusiyanın Avropanın İnsan Haqları Məhkəməsinin qərarları da daxil edilməklə, hər bir səyə ehtiram göstərməkdən imtina etdiyini bildirib.

Almaniyanın xarici işlər naziri Heyiko Maas
Almaniyanın xarici işlər naziri Heyiko Maas

Almaniyanın Xarici İşlər Naziri Heyiko Maas Rusiyaya qarşı sanksiyaların tətbiqii üçün mandat verilməsini və sanksiyalar tətbiq ediləcək şəxslərin siyahısının hazırlanmasını dəstəkləyəcəyini deyib.

“Bir çox beynəlxalq münaqişələrin həllində Rusiyaya ehtiyacımız olsa belə, bir sual meydana çıxır: Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətlər əlbəttə ki, ən aşağı nöqtəyə çatsa da, Rusiya ilə konstruktiv bir dialoqu davam etdirmək mümkündürmü?" - Maas deyib.

ABŞ dövlət katibi Entoni Blinkenin Rusiyanın Navalnı və tərəfdarlarına qarşı əməlləri, Myanmadakı çevriliş, və Honq Konqdakı vəziyyət, İranın nüvə razılaşması və Birgə Hərtərəfli Fəaliyyət Planını müzakirəsi üçün xarici işlər nazirlərinin aylıq iclasına video-konfrans vasitəsi ilə qatılacağı gözlənilir.

XS
SM
MD
LG