Accessibility links

Təhlükəsizlik Şurası Myanmada məhbusların azad edilməsinə və zorakılıqlara son qoyulmasına çağırıb


BMT-nin Təhlükəsizlik Şurası dövlət müşaviri Aunq San Su Çi və Prezident Vin Myint də daxil olmaqla, Myanmadakı bütün məhbusların dərhal azad edilməsi və zorakılıqlara son qoyulması çağırışını bir daha təkrarlayıb.

Cümə axşamı ver diyi açıqlamasında Təhlükəsizlik Şurası Myanmada sürətlə pisləşən vəziyyətə görə narahatlığını ifadə edərək, təhlükəsizlik qüvvələri və polisin dinc demokratiya tərəfdarlarına qarşı güc tətbiq etməsini,uşaqlar və qadınlar da daxil olmaqla, yüzlərlə mülki şəxsin öldürülməsini qınayıb.

Şura hərbçiləri “son dərəcə təmkinli olmağa” və hər iki tərəfi “zorakılıqdan uzaq durmağa” çağırıb.

Təhlükəsizlik Şurası insan haqlarına tam hörmət edilməsinin və Myanma xalqının iradəsi və mənafeyinə uyğun dialoq və barışıq yollarının vacibliyini də təkrarlyıb.

Su Çinin vəkili cümə axşamı Myanmanın faktiki liderinin ölkənin müstəmləkəçilik dövründə qəbul edilmiş məxviliklə bağlı qanununu pozmaqda ittiham edildiyini bildirib. Bu, fevralın 1-dəki çevrilişindən bəri hərbçilər tərəfindən ona qarşı irəli sürülən ittihamların ən ciddisidir.

Su Çi, Prezident Vin Myint və Demokratiya Uğrunda Milli Liqanın digər üzvləri çevrilişdən sonra həbs edilib. Su Çi COVID-19 protokollarını pozmaqda və altı ədəd əl radiosu saxlamaqda günahlandırılıb.

Vəkili Kin Myun Zau cümə axşamı Reuters xəbər agentliyinə verdiyi açıqlamasında, Su Çi, kabinetin üç naziri və iqtisadiyyat üzrə avstraliyalı müşaviri Şon Tornell bir həftə əvvəl gizlilik qanununun pozulması maddəsi ilə ittiham olunduqlarını deyib. Günahkar olduqları təqdirdə onları 14 ilə qədər həbs cəzası gözləyir. Başqa bir vəkili isə Su Çinin cümə axşamı keçirilən dinləməyə video vasitəsi ilə qatıldığını və səhhətinin yaxşı olduğunu bildirib.

XS
SM
MD
LG