Accessibility links

Myanma nümayişlərinin ən qanlı günü - azı 38 nəfər öldürülüb


BMT-nin Myanma üzrə xüsusi elçisi hərbi xuntaya qarşı çərşənbə günü də davam edən nümayişlər zamanı ölkə boyu azı 38 nəfərin öldüyünü bildirib.

"Bu gün, çevrilişin baş verdiyi fevralın 1-dən bəri ən qanlı gün idi" - deyə, Kristin Şranir Burgener jurnalistlərə bildirib.

Reuters xəbər agentliyi şahidlərə və media xəbərlərinə istinadən, mərkəzi Monivada 5 nəfər olmaqla, azı 9 nəfərin öldüyünü bildirib. Həm Reuters, həm də Associated Press xəbər agentliklərinin bildirdiyinə görə, mərkəz Myinyan şəhərində bir yeniyetmə oğlan öldürülüb.

Bu arada Reuters və France-Presse Agentliyi (AFP) Myanmanın ikinci böyük şəhəri olan Mandalayda azı iki nəfərin öldüyü barədə məlumat yayıb. France-Presse Agentliyinin başqa bir məlumatında isə deyilir ki, Saqain rayonunda 4 nəfər öldürülüb.

Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Şahidlərin dediyinə görə, etirazçılara qarşı canlı güllələrdən də istifadə edilib. Amerikanın Səsinin Birma şöbəsinin nümayişləri işıqlandıran müxbiri Htet Aunq Khant da daxil olmaqla, bir neçə nəfərin rezin güllələrə yaralandığı bildirilib.

Şranir Burgener polisin bir nümayişçiyə yaxın məsafədən atəş açması, digər bir polisin müqavimət göstərməyən silahsız həkim qrupunu döyməsi ilə bağlı videolardan çox narahat olduğunu deyib.

"Silah üzrə bəzi ekspertlərdən mənə videolardakı silahlar barədə fikirlərini söyləmələrini istədim. Videolarda bu, aydın deyil, amma belə görünür polis 9 millimetrlik silahlardan istifadə edib" - deyə, o bildirib.

Myanma bir aydır ordunun mülki hökuməti devirməsindən və faktiki lider Aunq San Su Çi və Demokratiya Uğrunda Milli Liqa (NLD) Partiyasının digər yüksək vəzifəli şəxslərinin həbsindən bəri xaos və zorakılığqlara səhnə olub.

Xunta ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Çevrilişin lideri, ordunun baş generalı Min Aunq Hlainq "həqiqi və intizamlı bir demokratiya" qurulması üçün yeni seçkilərin keçiriləcəyini vəd etsə də, bunun nə zaman baş verəcəyi barədə heç nə deməyib.

XS
SM
MD
LG