Accessibility links

Myanma çevrilişə qarşı olan 5 mindən çox etirazçını azadlığa buraxacaq


Myanmanın ordu generalı Min Aun Hlain

Myanmanın xunta başçısı bazar ertəsi çevriliş əleyhinə etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilən 5 mindən çox insanın amnistiya ilə azad ediləcəyini bəyan edib.

Ordu generalı Min Aun Hlain bu barədə ümummilli televiziya çıxışı zamanı bildirib. Belə bir qərar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) onu və digər hərbi liderləri qarşıdan gələn 26-28 oktyabr sammitinə buraxmamaq qərarından sonra verilib. Bunun əvəzində Assosiasiya bu ölkədən qeyri-siyasi nümayəndə heyətini dəvət edir.

10 ölkənin daxil olduğu ASEAN regional bloku xunta lideri Min Aun Hlaini dəvət etməməsinin səbəbini Myanmada sülhün bərpasına yönəlmiş beş maddədən ibarət planı həyata keçirə bilməməsi olduğunu bildirib.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, Min Aun Hlainin mülki geyimdəki çıxışı zamanı "Terror qruplarının təxribatları səbəbindən zorakılıqlar daha da artıb. Baş verən zorakılıqlara əhəmiyyət vermir və yalnız problemi həll etməyimizi tələb edir. ASEAN bunun üzərində işləməlidir" deyib.

Ordunun Aunq San Su Çinin başçılıq etdiyi mülki hökuməti fevralın 1-də devrməsindən bəri Myanma xaos içərisindədir. Yerli monitorinq qrupu ordunun çevriliş əleyhinə nümayişlərə qarşı törətdiyi qəddar repressiyalar zamanı 1100-dən çox insanın öldüyünü bildirib.

Dövlət televiziyası amnistiyanın humanitar səbəblərə əsaslandığını bildirib və zorakılığa görə Milli Birlik Hökumətini (NUG) və etnik qrupları günahlandırıb. Milli Birlik Hökuməti Su Çiinin Milli Demokratiya Partiyası və çevriliş əleyhinə qrupların qalıqlarından ibarətdir.

Ordu mülki hakimiyyəti 2020-ci ilin noyabr ayında Su Çiinin partiyasının inandırıcı qələbəsi ilə sona çatan ümumi seçkisində saxtakarlılar səbəbindən ələ keçirdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG