Accessibility links

Blinken Myanmanın hərbi xuntasını “əsl və əhatəli demokratiyaya” gedən yolun bərpasına çağırıb


ABŞ dövlət katibi Antoni Blinken Myanmanın hakim hərbi xuntasını ümummilli seçkilərdə qalib gələn devrilmiş mülki Demokratiya Uğrunda Milli Liqasının (NLD) qələbənin bir illiyi münasibətilə ölkənin “əsl və əhatəli demokratiyaya” gedən yolunu bərpa etməyə çağırıb.

Demokratiya Uğrunda Milli Liqa 2020-ci ilin noyabrın 8-də keçirilən mübahisəli seçkilərdə 498 yerlik parlamentin 396-nı qazanaraq, ordunun Myanma üzərində nəzarətini rəsmən tərk etməsindən sonra ordunun dəstəklədiyi Birlik və Həmrəylik Partiyasını məğlub edə bildi.

Lakin cəmi üç aydan, hərbçilərin 2021-ci il fevralın 1-də mülki hökuməti devirərək, ölkənin faktiki lideri Aun San Su Çi və prezident Vin Myint da daxil olmaqla, bir neçə rəsmini həbs etməsindən sonra nəticələr ləğv edildi. Hərbçilər noyabrın 8-də keçirilən seçkilərin nəticələrinin saxta olduğunu iddia etsə də, bu, ölkənin seçki komissiyası tərəfindən rədd edildi.

Hərbçilər tərəfindən hazırlanmış konstitusiya onun prezident vəzifəsində çalışmasını qadağan etdiyi üçün Su Çi mülki hökumətə dövlət müşaviri olaraq rəhbərlik edirdi.

"Fevralın 1-i çevrilişi və onun sonrakı repressiyaları insan haqları və əsas azadlıqları daha da sarsıtdı və onilliklərdir əsl demokratiyaya doğru irəliləyişi geri çevirdi" - deyə, dövlət katibi Blinken bildirib.

Blinken "Bizim bu mübarizədə həyatını itirmiş 1300-dən çox günahsız insan da daxil olmaqla, öz ölkələrində demokratiya, insan haqlarına hörmət və qanunun aliliyini bərpa etməyə çalışan Myanma xalqı ilə fəxr edirik" deyib.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan keçən ay Myanmada hakimiyyətdə olan hərbçilər əleyhinə yaradılmış Milli Birlik Hökumətinin (NUG) nümayəndələri ilə görüşüb.

Ağ Evin bəyanatında deyilib ki, virtual görüş zamanı Sallivan Milli Birlik Hökumətinin nümayəndələri Duva Laşi La və Zin Mar Aunla ölkənin demokratiyaya gedən yolunun bərpası üçün davam edən səyləri müzakirə edib və ABŞ-ın Myanmadakı demokratiya tərəfdarı hərəkatına dəstəyini bir daha təkrarlayıb.

Ağ Evin məlumatında Sallivanın ordunun zorakılığından narahatlığını ifadə etdiyi bildirilib. "ABŞ çevrilişi törəndənlərin qanun qarşısında cavab vermələrinə çalışır" - deyə, o bildirib.

XS
SM
MD
LG