Accessibility links

Myanmanın Həmkarlar İttifaqları xunta əleyhinə ümummilli etirazlara qoşulub


Myanmanın doqquz həmkarlar ittifaqı hərbi çevriliş əleyhinə hərəkatı dəstəkləmək və hərbi xuntaya təzyiq gpstərmək məqsədi ilə bazar ertəsi ümummilli tətilə başlayıb.

"İqtisadiyyatın və bizneslərin fəaliyyətni davam etdirmək yalnız Myanma xalqını əzən hərbçilərə faydalı olacaq. Demokratiyamızın müdafiəsi üçün hərəkətə keçməyin zamanı gəlib" - deyə, həmkarlar ittifaqlarının birgə bəyanatında bildirilib.

Dəmir yolu işçiləri də daxil edilməklə, ölkədə dövlət işçilərinin çoxu həftələrdir tətilləri davam etdirir.

Yanqonda mağazalar, fabriklər və banklar bağlıdır. Avtomobilləri yoxlayan çox sayda hərbçinin mövcudluğuna baxmayaraq, Myanmarın ən böyük şəhərində izdiham artmaqda davam edib. Etirazçılar Myanamanın ikinci böyük şəhəri olan Mandalayda və ölkənin qərbindəki Moniva şəhərlərində də toplaşıb.

Reuters xəbər agentliyi etirazçıların xuntaya qarşı etirazlarını bildirməklə yanaşı, Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün qadın örtüklərindən hazırlanmış bayraqlar qaldırdıqlarını və ya örtükləri küçələrdə çəkilmiş iplərin üzərinə asdıqları haqda məlumat veib.

İqtisadiyyatı dayandırmaq çağırışları bazar günü Yanqon şəhərində etirazçılarla polis və hərbçilər arasında baş verən qanlı qarşıdurmadan sonra səsləndirilməyə başlayıb.

Sosial mediada yayımlanan videoda Mandalay şəhərində fəalların polis və hərbi qüvvələr tərəfindən öldürülən insanların xatirəsini iki dəqiqəlik sükutla andıqları, sonra isə oturaq etiraz aksiyası keçirdikləri nümayiş etdirilib. Aksiya zamanı azı 70 nəfər həbs olunub.

XS
SM
MD
LG