Accessibility links

Myanmada bazar günü keçirilən etirazlar "Pasxa Yumurtasının Tətili" adlandırılıb


Myanmada hərbi hökumətə qarşı bazar günü də davam edən nümayişlər zamanı bir çox etirazçının əlində Pasxa yumurtaları olub.

Xristian bayramı günü minlərlə etirazçı küçələrə əllərində üzərində “Bahar inqilabı” və “Biz qalib gəlməliyik” kimi sözlər yazılmış, habelə salam işarəsi olan üç barmaq rəsmi çəkilmiş yumurtalarla çıxıb.

Etirazçılar küçələrə ordunun fevralın 1-dəki çevrilişindən, ölkənin faktiki lideri Aunq San Su Çi, Prezident Vin Myin və digər hökumət rəhbərlərinin həbsindən sonra küçələrə çıxmağa başlayıb.

Kütləvi İnformasiya Vasitələri və digər mənbələrin bildirdiyinə görə, son iki ayda ordunun nümayişlərə qarşı zorakılıqları nəticəsində yüzlərlə insan ölüb. Myanmada yerləşən qeyri-hökumət Siyasi Məhbuslara Yardım Dərnəyi etirazlar başladığı gündən bəri 557 nəfərin öldürüldüyünü, 2750-dən çox insanın həbs edildiyini bildirib.

Bazar günü Yanqon və Mandalayda, eləcə də digər şəhərlərdə minlərlə insan küçələrə çıxıb. Yerli xəbər agentlikləri təhlükəsizlik qüvvələrinin Myanmanın mərkəzindəki Pyinmana şəhərində etirazçılara atəş açdığını və azı bir nəfərin öldüyünü bildirib.

Irrawaddy xəbər saytında paytaxt Neypyitoda polisin motosiklet sürən nümayişçilərə atəş açaraq, iki nəfəri öldürdüyü bildirilib. Myanma Now xəbər agentliyinin verdiyi məlumata görə, daha əvvəl ölkənin şimalındakı Bhamo qəsəbəsində də bir nəfər öldürülüb.

Polis və xunta sözçüsü baş verənlərlə bağlı edilən telefon zənglərinə cavab verməyib.

Bazar günü Pasxa müraciəti zamanı Roma Papası Fransis Myanma gənclərini dəstəkləyərək, “nifrətin yalnız sevgi ilə əvəz ediləcəyinə inanaraq, demokratiyanı dəstəkləyən, səslərini dinc yolla eşitdirənlərə dua edib.

Bazar günü keçirilən "Pasxa Yumurtasının Tətili" son iki ayda nümayişçilərin təhlükəsizlik qüvvələrinin qurbanlarının xatirəsini anmaq üçün ictimai yerlərə gül dəstələri qoyduğu "Çiçək Tətili" və ölkənin küçələrinin boş qaldığı "Səssiz Tətil" adlı etirazlardan idi.

"Pasxa hər şeyin yenilənməsi deməkdir və Myanma xalqının federal demokratiya ilə böyük bir gələcəyi var" - deyə, devrilmiş mülki hökumətin BMT-dəki elçisi, doktor Sasa tvitter səhifəsində yazıb.

O, tvitterdə "Bu Pasxa Myanma Birləşmiş Ştatlarına yeni ümid və güc gətirsin" yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG