Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası Myanmadakı qətliamı qınayıb


Çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurası keçən həftə Myanmada 30-dan çox insanın qətliamını qınayıb. Qətliama görə xunta qoşunları günahlandırılıb.

Qətllər Milad bayramı ərəfəsində ölkənin şərqindəki Kaya ştatında baş verib. Demokratiya tərəfdarı üsyançılar orada fevral ayında demokratik yolla seçilmiş hökuməti devirən orduya qarşı döyüşürdü.

Təhlükəsizlik Şurası üzvlərinin çərşənbə günü axşam yaydığı bəyanatında "bu addıma görə cavabdehliyin təmin edilməsi zəruridir" deyə, vurğulanıb. Onlar həmçinin bütün zorakılıqların dərhal dayandırılmasına çağırıb, insan haqlarına hörmətin və mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Açıqlamada dörd uşaq və "Save the Children" (Uşaqları qoruyun) xeyriyyə təşkilatının iki əməkdaşı da daxil olmaqla, "azı 35 nəfərin" öldürüldüyü bildirilib.

Xalqı Müdafiə Qüvvələri
Xalqı Müdafiə Qüvvələri

Təhlükəsizlik Şurası həmçinin "ehtiyacı olan bütün insanlara təhlükəsiz və maneəsiz humanitar çıxışın, humanitar yardım və tibb işçilərinin qorunması və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini" vurğulayıb.

Xunta əleyhinə döyüşçülər hücumdan sonra Kaya ştatının magistral yolunda aralarında qadın və uşaqlar da olmaqla, 30-dan çox yanmış cəsəd aşkar etdiklərini bildirib. İnsan haqları qrupu "Save the Children" təşkilatının itkin düşən iki işçisinin də ölənlər arasında olduğunu təsdiqləyib.

Yerli monitorinq qrupunun məlumatına görə, fevral çevrilişindən bəri Myanma xaos içərisindədir və təhlükəsizlik qüvvələrinin zorakılıqları nəticəsində 1300-dən çox insan öldürülüb.

Bütün ölkə boyu xuntaya qarşı mübarizəyə qalxan və özünü Xalqı Müdafiə Qüvvələri adlandıran qüvvələr ordunu qanlı toqquşmalara və repressiya dalanına sürükləyib.

Qərb dövlətləri hətta çevrilişdən əvvəl, demokratik keçid dövründən başlayaraq, Rohinca azlığına qarşı qanlı kampaniyaya görə insanlığa qarşı cinayət iddiaları ilə üzləşən Myanma ordusuna silahları məhdudlaşdırıb.

XS
SM
MD
LG