Accessibility links

Myanmada "səssiz" tətil keçirilib


Myanmada minlərlə insanın hakim hərbi xuntaya qarşı davam edən nümayişlərin 51-ci günü "səssiz" tətil keçirilib.

Demokratiya tərəfdarı fəallar fevralın 1-dən ölkənin faktiki lideri Aunq San Su Çi və mülki hökumətin digər yüksək səviyyəli nümayəndələrinin həbs etməsi və hakimiyyəti ələ almasından bəri ordunun hər gün keçirilən nümayişlərdə ertirazçılara qarşı ölümlə nəticələnən basqılarına yol verməmək məqsədilə evdə qalmaq kimi yeni bir taktika hazırlayaraq, insanları evə qalmağa çağırır.

Şahidlərin dediyinə görə, “səssiz” tətil Yanqon və digər şəhərlərin küçələri faktiki olaraq boş qalmasına səbəb olub.

Siyasi Məhbuslara Yardım Assosiasiyası (AAPP) nümayişlərin dağıdıldığı zamanı hərbi qüvvələr tərəfindən azı 275 nəfərin öldürüldüyünü bildirir. Myanma Now və Reuters xəbər agentliyinin verdiyi məlumata əsasən, öldürülənlərdən biri 7 yaşlı bir qız uşağı olub. Verilən xəbərlərə görə, əsgərlər çərşənbə axşamı Mandalaydakı evə girib, ailə üzvlərinin hamısının evdə olub-olmadığını bilmək istəyərkən uşaq atasının qucağında olub. Ata hamının evdə olduğunu desə də əsgərlər onu yalan danışmaqda günahlandırıb və atəş açıb.

Siyasi Məhbuslara Yardım Assosiasiyası hərbi çevrilişdən bəri 2000-dən çox insanın saxlanıldığını və həbs edildiyini bildirib. Xəbərlər agentliklərinin bildirdiyinə görə, xuntanın xoşməramlı addımı kimi çevriliş əleyhinə olan etirazçılarla dolu bir neçə avtobus çərşənbə günü Yanqon şəhərindəki İnseyn həbsxanasından uzaqlaşıb. Həm Associated Press, həm də France-Presse (AFP) agentlikləri azad edilənlərin sayının 600-dən çox olduğunu təxmin edir.

Sərbəst buraxılanlar arasında Associated Press agentlikliyinin jurnalisti Teyn Zau da olub. O digər səkkiz media işçisi ilə birlikdə Yanqonda küçə etirazını işıqlandırarkən həbs edilib.

Bu arada paytaxt Naypyitavda Su Çinin çərşənbə gününə planlaşdırılan virtual məhkəməsi aprelin 1-nə qədər təxirə salınıb.

XS
SM
MD
LG