Accessibility links

Myanmada xunta əleyhdarı etirazçılar hərbi təlim üçün üsyançı ordulara üz tutur


Myanmada dinc nümayişçilərə qarşı hərbi xuntanın tərəfindən zorakılıqlar nəticəsində qurbanlarının sayı artdıqca, bu Cənub-Şərqi Asiya ölkəsindəki bəzi etirazçılar mübarizə aparmaq üçün silahlı dəstələrə qoşulur.

Ən böyük etnik silahlı qruplaşmalardan biri olan Karen Milli Birliyi (KNU) Amerikanın Səsinə bildirib ki, mart ayının sonlarından bəri Myanmanın mərkəzi düzənlik bölgələrindən gələn etirazçılar təlimlər keçmək üçün üsyançıların dağlıq bölgələrindəki bazalarına göndərilir.

"Biz hərbi rejimə qarşı mübarizə aparmaq istəyən insanlara təlimlər keçirik" - deyə, Karen Milli Birliyinin silahlı cinahı olan Karen Milli Müdafiə Təşkilatının qərargah rəisi, general-mayor Nerdah Bo Mya bildirib.

"Biz eyni gəmidəyik, bir-birimizə yardım edirik. Sağ qalmaq, hərbi rejimdən qurtulmaq və demokratik hökuməti bərpa etmək üçün bir-birimizə yardım edirik" - deyə, o əlavə edib.

General etnik Kareni, Raxine və Şan üsyançı qruplaşmalarının da eyni şeyi etdiyini deyib.

Yerli Siyasi Məhbuslara Yardım Assosiasiyası təhlükəsizlik qüvvələrinin fevralın 1-də çevrilişdən sonra ölkəni bürümüş kütləvi nümayişlər zamanı atəş açaraq, 750-dən çox insanı öldürdüyünü bildirib. Hərbi xunta ölənlərin sayını azaldaraq, 300-ə yaxın olduğunu və etirazlara lazımi təmkinlə cavab verdiyini iddia edir.


XS
SM
MD
LG