Accessibility links

Myanma höküməti AP agentliyinin kütləvi məzarlarla bağlı hesabatını inkar edir


Myanma höküməti Associated Press agentliyinin ordu tərəfindən öldürülən Rohinca müsəlmanlarının basdırıldığı beş kütləvi məzarı sənədləşdirən hesabatını inkar edir. Onlar bildirirlər ki, yalnız “terrorçular” öldürülüb və onlar “ehtiyarta basdırılıblar.”

AP cümə axşamı məlumat yayıb ki, Qu Dar Pyin kəndindəki kütləvi məzarların mövcudluğu hücum zamanı sağ qalan on nəfərdən çox insanla müsahibə nəticəsində təsdiq edilib. Peyk fotoları və videolar da kəndin yerlə-yeksan olunduğunu sübut edir.

Myanma hökümətinin Məlumat Komitəsi cümə günü bəyanatında bildirib ki, sərhəd mühafizəsi polisi də daxil olmaqla 17 hökümət rəsmisi Qu Dar Pyin kəndinə baş çəkərək, AP-nin hesabatını araşdırıblar. Onlar kəndlilərə və icma liderlərinə belə bir hadisənin baş vermədiyini deyiblər.

Hökümətin hesabatına əsasən bir qrup Rohinca “terrorçusu” təhlükəsizlik dəstələri ilə atışma zamanı öldürülüb. Əlavə edilir ki, təhlükəsizlik dəstələri bıçaq və taxtalarla hücum edən 500 nəfərə yaxın kəndliyə özünü müdafiə məqsədilə atəş açmaq məcburiyyətində qalıb.

Bildirilir ki, atışma zamanı 19 “terrorçu” öldürülüb və onların cəsədləri təhlükəsizlik dəstələri tərəfindən “ehtiyatla basdırılıb.”

Çoxlu sayda Rohinca qaçqını Myanma qoşularını qətllərdə, zorlamalarda, ev yandırmaqla ittiham ediblər. Hökümət beynəlxalq mediaya hadisələrin baş verdiyi Rakhayn vilayətinə baş çəkməyə qadağan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG