Accessibility links

Myanmar prezidenti təqaüdə çıxır


Myanmar prezidenti təqaüdə çıxacağını bəyan edib.

Ölkə lideri Aunq San Suu Kyiyə yaxın olan 71 yaşlı prezidentin təqaüd xəbəri onun ofisinin Facebook səhifəsində yayılıb.

Bəyanatda bildirilir ki, prezident vəzifəsinə konstitusiyaya əsasən 7 iş günü ərzində təyinat olmalıdır.

Htin Kyau 2016-ci ilin martından etibarən ölkəyə rəhbərlik edirdi. Myanmanın ilk sivil prezidenti həm də azad və ədalətli seçkilər nəticəsində təşkil edilən hökumətin baçısı idi.

Htin Kyaunun prezidentliyə başlamasından sonra Aunq San Suu Kyi Myanmanın de-fakto lideri olmuşdu.

Bir zamanlar demokratiya carçısı olan Aunq konstitusiyaya əsasən prezident ola bilməz.

XS
SM
MD
LG