Accessibility links

Myanma parlamenti yeni prezident seçib


Myanma parlamenti çərşənbə günü Aunq San Suu Çiyə sadiq olan Uin Myinti yeni prezident olaraq seçib. Lakin icraedici səlahiyyət hələ də Çiyə aiddir.

Myint sağlamlıq səbəbləri ilə ötən həftə istefa verən Htin Kyavi əvəzləyəcək.

Myint parlamentin hər iki palatasından ümumilikdə 403 səs toplayıb. Ordunun irəli sürdüyü namizəd Myint Sve və vitse-prezident Henri Van Tio isə ümümi 211 səs toplayıb.

Səsvermə Suu Çinin mülki hökümətinin sülh və milli barışıq yaratmağa çalışdığı vaxta təsadüf edib.

Ordi hələ də etnik üsyançılara qarşı mübarizə aparır. Ölkə isə Rohinca müsəlman azlığına qarşı apardığı qəddar kampaniyaya görə sərt beynəlxalq qınaqlarla üzləşir.

XS
SM
MD
LG