Accessibility links

Dünya müsəlmanları Myanmanın Rohinca müsəlmanlarına qarşı rəftarına etiraz edir [Video]


Dünya müsəlmanları Myanmanın Rohinca müsəlmanlarına qarşı rəftarına etiraz edir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Myanmada Rohinca müsəlmanlarının üzləşdiyi zorakılıqlar yenidən gündəmdədir. Myanmanın müsəlman azlığına mənsub on minlərlə insan son bir neçə gündə ölkədən qaçıb, azı 400 nəfər isə Raxin ştatında “təmizlik əməliyyat;” zamanı hökümət qüvvələri ilə yaşanan qarşıdurma zamanı həlak olub. Buddistlərin çoxluq təşkil etdiyi hökümət Rohinca müsəlmanlarını vətəndaş olaraq qəbul etmir, baxmayaraq ki, onların böyük əksəriyyəti artıq neçə nəsildir Myanmada yaşayır. Rohinca müsəlmanlarının qaçdığı Banqladeş və digər ölkələr də onları xoş qarşılamır. İndoneziya və digər yerlərdəki müsəlman icmalar təqibə məruz qalan Rohinca müsəlmanlarının müdafiəsinə çağırır.

İndoneziyada etirazçılar artıq üçüncü gündür Myanmanın Rohinca müsəlmanları azlığına qarşı rəftarının əleyhinə etiraz edir. Bazar etəsi paytaxt Cakartada Myanma səfirliyinin önünə qadınlar toplaşıb.

“Myanma öz xalqına qarşı hərbi əməliyyatlar keçirir. Bütün müsəlmanlar qardaş olduğu üçün, biz oradakı vəziyyəti qəbul edib, onlara yardım edə bilmək üçün əlimizdən gələni etməliyik. Biz real hərəkətə keçməliyik. Bu, gücümüzü toplayıb, oradakı qüvvələrin qarşısını almaq üçün oraya hərbi qüvvə göndərmək şəklində ola bilər”, etirazın təşkilatçısı Andriyani deyir.

Myanma əhalisinin əksəriyyətini buddistlərin təşkil etdiyi bir ölkədir. Orada 130 müxtəlif etnik qrup yaşayır. Lakin hökümət 1 milyon Rohinca müsəlmanını vətəndaş kimi tanımaqdan imtina edir və onların digər ölkələrdən köçən miqrantlar olduğunu deyir. Bazar günü hökümət qüvvələri ötən ay onlarla polis idarəsi və hərbi bazaya hücum edən qiyamçıları axtarmaq məqsədilə Rohinca icmalarına hücum edib. Təxminən 4 min müsəlman qonşu Banqladeşə qaçıb.

“Bizə yolda hücum etmədilər. Biz evimizdə idik. Əsgərlər evimizə daxil olub, hər kəsi güllələməyə başladılar”, deyə yaralanmış qaçqın Məhəmməd İrşad bildirir.

Birləşmiş Millətlər Təşkilatı vəziyyətin sakitləşməsinə çağırıb. İndoneziya prezidenti Coko Vidodo isə xarici işlər nazirini Myanamanın lideri Aunq San Suu Kyi ilə Rohinca müsəlmanlarının vəziyyətini müzakirə etməyə göndərib.

İndoneziya dünyanın ən böyük müsəlman əhalisinə sahib ölkədir.

“Biz Myanmanın Raxin ştatında baş verən zorakılığa görə təəssüflənirik. Təkcə bəyanatlar və tənqidlər yetərli deyil, real addım atmaq lazımdır. İndozeniya höküməti, İndoneziyadakı vətəndaş icması və beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq edərək, Myanmadakı humanitar böhrana çarə tampağa yardım etməyə davam edəcək”, deyə İndoneziya prezidenti Coko Vidodo bildirir.

Myanmanın ikonik azadlıq mübarizi və Nobel mükafatı laureatı Aunq San Suu Kyi Rohinca müsəlmanlarına qarşı zorakı rəftara qarşı cıxmadığına görə təzyiqlərlə üzləşir. Lakin Suu Kyi ölkənin Rohinca problemi ilə bağlı danışmaqdan qaçınır. Bunun əvəzinə o, humanitar qrupların qiyamçılara yardım etdiyini deyib. Bu isə böyük etirazlara səbəb olub.

Biz Myanmanın Raxin ştatında baş verən zorakılığa görə təəssüflənirik. Təkcə bəyanatlar və tənqidlər yetərli deyil, real addım atmaq lazımdır.
Coko Vidodo

“Mən düşünürəm ki, Aunq San Suu Kyi humanitar yardım işçilərinə böyük ziyan vurub. Biz daha öncə ordudan bu cür rüsvayçı şərhlər eşitmişik. Onlar terrorçuların fəaliyyətinin arxasında humanitar qrupların və beynəlxalq təşkilatların dayandığını deyib”, Human Rights Watch təşkilatından Fil Robertson söyləyir.

Myanma, Hindistan və Avstraliyada insan haqları qrupları Rohinca müsəlmanlarının adından nümayişlər keçirir. Bazar ertəsi Kanberrada parlament binası önündə və Çeçenistanın paytaxtı Qroznıda böyük etirazlar olub.

XS
SM
MD
LG