Accessibility links

ABŞ Myanma ordusunun başçılarına sanksiyalar tətbiq edir


ABŞ Dövlət Departamenti Myanma ordusunun baş komandanı Min Aung Hlaying və digər yüksək rütbəli ordu başçılarına ölkənin şimalı Rakxin əyalətində Rohinca müsəlmanlarına qarşı "məhkəməsiz qətllər" törətdiklərinə görə sanksiyalar tətbiq edib.

Sanksiyalar Min Aung Hlaying, onun müavini Soe Vin və digər iki komandirə ailələri ilə birlikdə Birləşmiş Ştatlara girmələrinə qadağa qoyur.

Dövlət Departamentinin dediyinə görə, bu, Birləşmiş Ştatların Birma ordusunun yüksək səviyyəli rəhbərliyinə qarşı hökumətin ictimai şəkildə götürdüyü ilk ölçüdür.

Dövlət katibi Mayk Pompeo Birtləşmiş Ştatların Myanma hökumətinin cinayətlər və insanlara qarşı zorakılıqlara cavabdeh olanların məsuliyyət daşıması üçün heç bir addım atmamasından narahat olduğunu bildirib.

Mayk Pompeo eləcə də Min Aung Hlayingin 2017-ci ildə Rohinca müsəlmanlarının təxminən dörddə üç hissəsinin dəhşətlərdən Banqladeşə qaçdığı bir vaxt İn Din kəndində 10 Rohinca müsəlmanını qətlə yetirən əsgərlərin azad edilməsi əmrini missal göstərib.

Rohinca Myanmada Banqladeşdən olan qeyri-qanuni miqrantlar kimi tanınır. Buna görə kütləvi qırğınlar, zorlamalar və genişmiqyaslı yanğınlar törədən hərbçilər Rohinca üsyançılarına qarşı mübarizə aparıldığını deyərək, özlərinə bəraət qazandırmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG