Accessibility links

Myanma seçki komissiyasının sədri Suu Çinin partiyasını ləğv etməyi nəzərdən keçirir


Myanmada ordunun təyin etdiyi dövlət seçki komissiyasının sədri cümə günü bildirib ki, komissiya Aunq San Suu Çinin sabiq hakim partiyasını seçki saxtakarlığında əli olduğuna görə dağıtmağı və partiya liderlərini vətənə xəyanətdə ittiham etməyi nəzərdən keçirir.

Suu Çinin Milli Demokratiya Liqası 2015-ci ildə əldə etdiyi qələbədən sonra hakimiyyətə gəlib və ötən ilin noyabr ayında keçirilən seçkidə daha da böyük səslə qələbə qazanıb. Partiya fevral ayında hakimiyyətdəki ikinci müddətə başlayacaqdı. Lakin həmin ayda ordu çevriliş edərək hakimiyyəti ələ keçirdi və Aunq San Suu Çi və onun hökumətinin onlarla rəsmisi və partiya üzvlərini həbs etdi.

Xunta lideri baş general Min Aunq Hlainq ordunun çevriliş etməsinə görə seçki saxtakarlığını səbəb göstərib və deyib ki, “seçici siyahısında dəhşətli saxtakarlıqlar” olub.

Seçkidə böyük itkilər əldə edən ordunun dəstəklədiyi Birlik Həmrəyliyi və İnkişaf Partiyası da bənzər ittihamlar irəli sürüb.

Müstəqil müşahidəçilər genişmiqyaslı pozuntularla bağlı iddiaları rədd edirlər.

Siyasi partiyalar seçki sisteminə ediləcəyi planlaşdırılan dəyişiklikləri müzakirə etmək üçün cümə günü keçirilən iclasa dəvət olunub. Birlik Seçki Komissiyasının sədri Tein Soe deyib ki, ötən ilki seçki ilə bağlı aparılan və yaxında başa çatacağı gözlənilən təhqiqat göstərir ki, Su Çinin partiyası səsvermədə üstünlük əldə etmək üçün hökumətlə qanunsuz olaraq işbirliyi edib.

“Biz istintaq aparacağıq və partiyanın ləğv edilib-edilməməli olduğunu və saxtakarlıq edənlərin xain olaraq cəzalandırılmalı olub-olmadığını nəzərdən keçirəcəyik,” o deyib.

BMT-nin baş katibi Antonio Quttereşin məsələyə reaksiyası ilə bağlı suala cavab olaraq onun sözçüsü Stefan Duçarric “Bu baş versə, açıq şəkildə yanlış istiqamətə doğru atılan bir addım olacaq” deyib.

“Biz, Təhlükəsizlik Şurası, beynəlxalq ictimaiyyət demokratiya və Maynama xalqının səsinin bərpasına çalışırıq,” Duçarric söyləyib.

Ordunun hakimiyyəti ələ keçirməsindən bəri ölkədə hərbi çevrilişə qarşı kütləvi etirazlar başlayıb. Suu Çinin partiyasının üzvləri həbs edilib, ofislərində reyd keçirilib və bağlanıb.

Xunta hamiyyyəti ələ keçirəndən bir il sonra yeni seçki keçirəcəyini elan edib, lakin daha sonra bundan yayınıb və seçkinin iki il sonra keçirilə biləcəyini deyib. Myanma on il öncə başlayan demokratik islahatlardan əvvəl 50 il boyunca ordu tərəfindən idarə olunub.

Su Çinin partiyası 1990-cı ildə də seçkidə qalib gəlib, amma ordu partiyanın hakimiyyətə gəlməsinin qarşısını alıb.

Su Çi və onun hökumətinin başqa üzvləri artıq bir neçə müxtəlif cinayət ittihamları ilə üzləşirlər və bu da onların gələn seçkidə iştirak etməsinin qarşını ala bilər. Onların tərəfarları bütün ittihamların siyasi motivli olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG