Accessibility links

Myanmada 7 minə yaxın məhbus əfv edilib


Myanmada bu ayın əvvəlində azad etməyə başladığı minlərlə məhbusdan əlavə daha 7 min məhbusun əfv ediləcəyi bildirildikdən sonra keçən həftənin cümə günü məhbuslar azad edilməyə başlayıb.

Bəyanatda prezident Vin Myintin şərtsiz əfv fərmanının ölkə boyu həbsxanalarda cəza çəkən 6948 məhbusa "humanitar problemləri nəzərə alaraq, myanmarlıları məmnun etmək" təşəbbüsü ilə imzaladığı və mümkün qədər çox əvf edilmə üçün işlər aparıldığı bildirilib.

Aprel ayının 17-də Yeni İlin ilk günü 9 mindən çox məhbus azad edilsə də, insan haqları müdafiəçiləri əvf edilənlər arasında yalnız 2 siyasi məhbusun olmasından narahatdır.

Cəzaçəkmə Müəssisələri Departamentinin sözçüsü Min Ton Sui Reuters xəbər agentliyinə bir çox fəalın əvf edilməyəcəyini bildirib. "Əvf edilənlərin siyahısındakı məhbusların əksəriyyəti narkotik maddə alverçiləridir".

Ölkənin şimal Kaçin ştatındakı həbsxanadan keçən cümə günü iki fəalın azad edildiyi bildirilib.

Məhkəmə Zau Jat və Lum Zaunqa də Myanmada dinc toplaşmaq qanunu ilə azadlıqdan məhrum edilərək, altı ay həbs cəzasına məhkum etmişdi.

Məhbusları monitorinq edən insan haqları "Siyasi məhbuslara Yardım Assosiasiyası" (AAPP) bu ayın əvvəlində həbsxanalarda 45 siyasi məhbusun olduğunu və onların əksəriyyətinə qarşı silahlı qruplaşmalarla əlaqəsi olduğu ittihamı irəli sürüldüyünü bildirib.

XS
SM
MD
LG