Accessibility links

Myanmanın devrilmiş lideri ilk dəfə məhkəmə qarşısına çıxarılıb


Aunq San Su Çi və Myanma mülki hökumətinin digər üzvlərinin fevralın 1-də vəzifələrindən uzaqlaşdırılmasından və ordu tərəfindən həbsə məhkum edilməsindən bəri bazar ertəsi ilk dəfə məhkəmə qarşısına çıxarılıb.

Vəkili devrilmiş faktiki liderin paytaxt Naypiytoda keçirilən məhkəməyə video-konfrans vasitəsilə qatılan 75 yaşlı Su Çinin yaxşı göründüyünü deyib. Vəkil məhkəmə iclasında prokurorların Su Çini iki yeni cinayət işində - ictimai iğtişaşlar yaratmaq cəhdi və tele-komunikasiya qanunvericiliyinin bir hissəsini pozaraq, lisenziyasız cihazdan istifadə etməkdə ittiham etdiyini bildirib.

Su Çi bundan əvvəl də evində aparılan axtarış zamanı aşkar edilən, qeydiyyata alınmamış altı V\valkie-talkie radiosunun qanunsuz əldə etdiyinə və istifadəsində, eləcə də ölkənin təbii fəlakət qanununa zidd olaraq, COVID-19 protokollarına qarşı kütləvi toplantılara çağırmaqda ittiham edilmişdi.

Bu arada, BMT-nin İnsan Haqları Bürosunun bildirdiyinə görə, hərbi çevrilişə qarşı nümayişlərin ən qanlı günü, bazar günü Yanqonda nümayişçilərə qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edildiyi azı 18 nəfəri ölüb, 30-dan çox insan yaralanıb.

Bazar günü baş verən qanlı etiraz nümayişlərinin şahidləri polisin Myanmanın ən böyük şəhəri olan Yanqonda gözyaşardıcı qaz, rezin güllə, su şırnağı və bəzi hallarda canlı güllələrdən də istifadə etdiyini deyib. Associated Press xəbər agentliyi sosial mediada nümayişçilərə açılan canlı güllələrin fotolarının yerləşdirildiyini bildirib. Medianın paylaşdığı videolarda nümayişçilərin bəzi yaralıları meydandan uzaqlaşdırmağa çalışdığı zaman yerdə qalan qan izlərini görmək olub.

Polis Mandalay və Davey də daxil olmaqla, digər şəhərlərdə də nümayişləri vəhşicəsinə dağıtmağa çalışıb.

Bazar günü BMT-nin Myanma üzrə xüsusi məruzəçisi Tom Endryus təşkilata üzv dövlətlər və Təhlükəsizlik Şurasının hərəkətə keçməsi ilə bağlı açıqlama verib.

"Myanmanın hərbi xuntası tərəfindən insanlara qarşı zorakılıq artdığına görə, beynəlxalq ictimaiyyət də reaksiyasını artırmalıdır" - deyə, Endryus bildirib.

ABŞ-da bazar günü gecə Myanmadakı etirazlara qarşı qanlı basqını qınayıb və potensial sanksiyalara işarə edib.

"Birma təhlükəsizlik qüvvələrinin Birma xalqına qarşı iyrənc zorakılığını qınayır və günahkarların cəzalandırılmasına çalışmaqda davam edəcəyik" - deyə, Myanmanın keşmiş adını yazan ABŞ Dövlət Katibi Entoni Blinken tvitter səhifəsində yazıb.

XS
SM
MD
LG