Accessibility links

ABŞ-ın Myanma ilə ticari əlaqələri hərbi vəziyyətə görə əhəmiyyətli dərəcədə azala bilər


Ticarət ekspertləri və analitiklər ABŞ-ın Myanma ilə ticarət əlaqələrinin ölkənin hərbi fövqəladə vəziyyətindən sonra əhəmiyyətli dərəcədə azalda biləcəyi barədə xəbərdarlıq edir.

2013-cü ildən bəri ABŞ və Myanma ABŞ-ın illərdir davam edən sanksiyalarına son qoyan bir razılaşmaya əsasən mütəmadi olaraq ticarətlə məşğul olurdu.

ABŞ-n Əhalini Siyahıya Alma Bürosunun məlumatına görə, iki ölkə 2020-ci ildə təxminən 1,3 milyard dollarlıq, 2019-cu ildə isə 1,2 milyard dollarlıq mal mübadiləsi etmişdi.

Reuters xəbər verir ki, təsirə məruz qalan ən böyük sahə ayaqqabıçılıqdır.

S&P Global Market Intelligence tədarük zəncirinin tədqiqat bölməsi Panjivaya görə, geyim və ayaqqabı ABŞ-ın Myanmadan idxalının təxminən 41% -ni təşkil edir.

Geyim istehsalçıları LL Bean, H&M və Adidas Myanma ilə ticarət aparan Amerika şirkətləri arasındadır.

Dünya Bankının məlumatına görə, 2019-2020 maliyyə ilində əsasən Sinqapur və Honq Konqdan Myanmaya xarici birbaşa İnvestisiya kəskin artıb. Ancaq ölkənin siyasi qeyri-sabitliyi fonunda bu kimi investisiyaların gələcəyi qeyri-müəyyən ola bilər.

Amerika Birləşmiş Ştatları ordunun siyasi liderləri həbs edərək Baş Komandanlıq elan etməsindən sonra Vaşinqtonun Myanmaya qarşı sanksiyaları düşündüyü üçün iki ölkə arasındakı ticarət müqaviləsini nəzərdən keçirəcəyini bildirib.

ABŞ Dövlət Katibi Entoni Blinken Birləşmiş Ştatların Birma xalqının demokratiya, azadlıq, sülh və inkişaf istəklərini dəstəklədiyini deyib və ordunu hərəkətlərinə dərhal son qoymağa çağırıb.

BMT-nin Baş Katibi Antonio Quterreş Myanmanın hərbi rəhbərliyini mövcud fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.

Avropa İttifaqı, Britaniya, Avstraliya, Hindistan və Sinqapur Myanmadakı vəziyyətlə əlaqədar narahatlıqlarını ifadə edib.

Myanma ordusu noyabr seçkilərindəki saxtakarlığa dair iddiaları ilə bağlı tədbir görülmədiyini əsas gətirərək, bir il davam edəcək fövqəladə vəziyyət rejimi altında bazar ertəsi ölkəyə nəzarəti ələ alıb.

Bu barədə hərbi qüvələrə məxsus Myavaddi telekanalında verdiyi açıqlamasında ordu bildirib ki, seçkilər bir ilin sonunda keçiriləcək və ordu hakimiyyəti qalibə verəcək.

Hərbi qüvvələr hakimiyyəti Myanma lideri Aunq San Su Çi və hakim Demokratiya Uğrunda Milli Liqa Partiyasının digər rəsmilərinin həbs edilməsindən bir neçə saat sonra ələ keçirib.

XS
SM
MD
LG