Accessibility links

Myanma xuntası müvəqqəti hökumət qurub


Myanmanın hakim Dövlət İnzibati Şurası bazar günü özünün ölkənin müvəqqəti hökuməti olduğunu və lideri Min Aunq Hlainqin baş nazir olacağını bildirib.

Bu açıqlama Min Aunq Hlainqin bazar günü gələcəkdə açıqlanmayan bir tarixdə çoxpartiyalı seçki keçirməyi vəd etməsindən sonraya təsadüf edib.

Baş general Myanmanın seçilmiş mülki hökumətini devirəndən tam altı ay sonra televiziya çıxışı zamanı həmçinin deyib ki, o, 10 üzvlük Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının təyin etdiyi hər hansı xüsusi elçi ilə əməkdaşlıq etməyə hazırdır.

Min Aunq Hlainq daha öncə hər hansı seçkinin fevralın 1-də baş verən çevrilişdən ən azı bir il sonra keçiriləcəyini deyib.

Ordu iddia edir ki, hakim Demokratiya uğrunda Milli Liqanı (NLD) partiya 2020-ci ilin noyabrında keçirilən seçkilərdə saxtakarlıqların olduğuna dair ittihamları rədd etdiyinə görə devirib. NLD seçkidə böyük fərqlə qalib gəlmişdi. Yerli və beynəlxaq müşahidəçilər seçkinin ümulikdə azad və ədalətli şəkildə keçirildiyini bildirir.

Qonşu Tailanddan xuntanın təqiblərini izləyən insan haqları qrupu olan Siyasi Məhbuslara Yardım Assosiasiyasının bildirdiyinə görə, Təhlükəsizlik qüvvələri çevirilişdən bəri çevrilişə qarşı aparılan vətəndaş itaətsizliyi hərəkatını yatırmaq üçün 900-dən çox insanı öldürüb, minlərlə insanı həbs edib.

Ordu həmçinin NLD-nin onlarla rəhbərini, o cümlədən de fakto lider və Nobel mükafatı laureatı Aunq San Suu Çini həbs edib, qiyama çağırış və başqa ittihamlarla məhkəməyə cəlb edib. Bir çox NLD üzvü hələ də, ölkə daxilində və ya xaricdə gizlənir.

Rejim devrilmiş qanunvericilərin nəzarəti generaldan geri almaq ümidi ilə təsis etdiyi gizli hökuməti terror qrupu elan edib.

Maynamada bu xəbər ilk reaksiya qarışıq olub.

Seçki monitorinq qrupu, Hornbill Təşkilatının icraçı direktoru Çan Lian Amerikanın Səsinə bildirib ki, növbəti iki ildə seçkinin keçirilməsi ehtimalı çox aşağıdır

“Tarixən, seçki ən son baş verən son hərbi çevrilişdən otuz il sonra keçirilib,” o deyib.

“Bu dəfə seçkinin növbəti iki ildə keçiriləcəyinə inanmaq çətindir. Biz buna yalnız seçki günü elan olunandan sonra inanacağıq,” o əlavə edib.

O düşünür ki, seçki ordu tərəfindən keçirilsə, “çox az siyasi partiya iştirak edəcək.”

XS
SM
MD
LG