Myanmanın ölkədə iğtişaşlara səbəb olan hərbi çevrilişə başçılıq edən generalı Min Aunq Hlainq bu yoxsul ölkədə zorakılıqlara son qoymağın yolunu tapmaq üçün bir araya gələn Cənub-Şərqi Asiya ölkələrinin liderlərinin iclasına qatılmaq məqsədilə şənbə günü Cakartayə səfər edib.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrinin liderlərinin Cakartada keçirilən bu iclası Çin, Hindistan və Tailandla sərhəd bölüşən yoxsul Myanmada böhranı azaltmaq üçün ilk koordinasiya edilmiş beynəlxalq təşəbbüsdür. Maynma 10 ölkədən ibarət ASEAN-nın üzvüdür.
Pandemiyaya baxmayaraq iştirakçılar iclasa canlı qatılır. İndoneziyanın xarici işlər naziri Retno Marsudi cümə günü bildirib ki, sammir “Myanmadakı vəziyyətlə bağlı dərin narahatlığı və ASEAN-ın Myanmaya bu həssas vəziyyətdən çıxmağa yardım etmək qətiyyətini” əks etdirir.
“Biz ümid edirik ki, sabahkı sammitdə Myanma xalqı üçün xeyrli olacaq addımlarla bağlı razılıq əldə edəcəyik,” o deyib.
Maynamada hərbi hökumətin liderinin ASEAN sammitində iştirakı qeyri-adidir – adətən ölkəni aşağı rütbəli zabit və ya mülki rəsmi təmsil edir. İndoneziya prezident sarayının rəsmi kanalının yaydığı videoda Min Aunq Hlainqin Cakartaya Myanmanın paytaxtı Naypyitavdan xüsusi reyslə gəldiyi göstərilb.
Adlarının açıqlanmasını istəyəmən diplomatlar və hökumət rəsmiləri ASEAN liderlərinin çoxunun Min Aunq Hlainqin təhlükəsizlik qüvvələrinin qarşını alacağını vəd etməsini istəyir. Müşahidəçilərin bildirdiyinə görə, fevralın 1-də Aunq San Suu Çinin seçilmiş hökumətinin devrilməsinə qarşı başlayan kütləvi vətəndaş itaətsizliyi hərəkatı başlayandan bəri təhlükəsizlik qüvvələri 745 nəfəri öldürüb.
Çevrilişdən bəri ilk rəsmi xarici səfərdə olan Min Aunq Hlainq şənbə günü qeyri-rəsmi müzakirələr başlamadan öncə sammitin bir neçə başqa iştirakçısı ilə yanaşı çıxış edəcək. Bu barədə prosedurlarla yaxından tanış olan üç mənbə xəbər verib.
Tailand Xarici İşlər Nazirliyinin rəsmisi Usana Berenandanın dediyinə görə, sammitdə liderlər dairə şəkildə oturacaqlar və onların hər birini bir və ya iki rəsmi müşayiət edəcək.