Accessibility links

Myanma xuntasının xarici işlər naziri region ölkələri ilə danışıqlar aparmaq üçün Banqkoka səfər edib


Myanmanın qonşuları ordunun seçilmiş mülki hökumətini devirməsindən sonra ölkədə baş qaldıran siyasi böhranın həlli yolunda səylərini artırır.

Tayland hökumətindəki bir mənbənin bildirdiyinə görə, xuntanın xarici işlər naziri Vunna Maunq Lnin Taylandın baş naziri Prayut Çanoça və xarici işlər naziri Don Pramudvinayla danışıqlar aparmaq üçün çərşənbə günü Banqkoka gedib.

İndoneziyanın Xarici İşlər Naziri Retno Marsudi də Myanmadakı vəziyyətlə bağlı müzakirələr aparmaq üçün Taylandın paytaxtındadır. Reuters xəbər agentliyi Taylandın Xarici İşlər Nazirliyində bir mənbəyə istinadən Retno və Munna Maunq Lvinin çərşənbə günü görüşdükləri haqda məlumat verib.

Myanmanın xarici işlər naziri Vunna Maunq Lvin
Myanmanın xarici işlər naziri Vunna Maunq Lvin

Cakartanın Cənub-Şərqi Asiya Ölkələri Birliyinə (ASEAN) üzv ölkələrdən xuntanın bir il ərzində yeni seçkilər keçirmək vədini yerinə yetirməsi üçün plana dəstək istəməsi ilə bağlı xəbərlər çərşənbə axşamı İndoneziyanın Yanqondakı səfirliyi qarşısında hiddətli etirazlara səbəb olub.

Nümayişçilər İndoneziyanın devrilmiş lider Aunq San Su Çinin Milli Demokratiya Uğrunda Liqasının qalib gəldiyi keçən ilki noyabr seçkilərinin nəticələrinə hörmət etməsini tələb edib.

İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Teuku Fayzasya xəbərləri təkzib edib və çərşənbə axşamı jurnalistlərə "İndoneziyanın mövqeyinin Myanmada yeni seçkiləri dəstəkləmək olmadığını" deyib.

Myanma boyu fevralın 1-də hərbçilərin seçkilərdə saxtakarlıq ittihamı ilə Su Çi və mülki hökumət üzvlərini həbs etməsindən sonra hər gün etirazlar keçirilir. Şənbə günü Mandalayda polisin və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı canlı və rezin güllələr, gözyaşardıcı qaz və su şırnağından istifadə etdiyi zaman iki nəfər də daxil olmaqla, Myanmada etirazlar nəticəsində üç nəfər həyatını itirib.

Xuntanın etirazçıların "həyat itkisi ilə nəticələnək qarşıdurma yolu" ilə hərəkət etmələri barədə bir gün əvvəl verdiyi qorxunc xəbərdarlığa baxmayaraq, Myanmada umummilli tətillərlə birlikdə kütləvi nümayişlər bazar ertəsi də davam edib.

Amerika Birləşmiş Ştatları və digər Qərb dövlətləri Su Çi və köməkçilərinin azad edilməsini tələb edib və xuntanı mülki hökuməti bərpa etməyə çağırıb.


Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG