Accessibility links

Myanma lideri Aunq San Su Çinin evinə hücum edilib


Myanma lideri Aunq San Su Çi-nin sözçüsü liderin Yanqon şəhərindəki evinə benzin qumbarası atıldığını deyib.

Zav Htay bildirib ki, Nobel Sülh mükafatı laureatı hadisə baş verən an paytaxt Naypyidavda olub. Partlayış evə cüzi zərər yetirib.

Aunq San Su Çi Myanmanın sabiq hərbi xuntası dövründə 20 ilinin əksər hissəsini göl kənarında yerləşən bu evdə ev dustaqlığında keçirib. O, uzun zaman dünyada demokratiya rəmzi hesab edilib.

Lakin etnik Rohinca müsəlmanları ilə bağlı davam edən humanitar böhrana soyuq münasibəti onun beynəlxalq nüfuzunu ləkələyib.

Myanma təhlükəsizlik qüvvələrinin qəddar davranışından yaxa qurtarmaq üçün ötən ilin avqust ayında təxminən 700 min rohincalı qonşu Banqladeşə qaçıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG