Accessibility links

Myanmada şənbə günü 80-dən çox etirazçı öldürülüb


Myanma təhlükəsizlik qüvvələri cümə günü Yanqon şəhəri yaxınlığında etirazçlara tüfəng qumbarası ilə atəş açaraq, 80-dən çox insanı öldürüblər. Bu barədə Siyasi Məhbuslara Yardım Assosiasiyası (AAPP) və bir yerli mətbuat orqanı xəbər verib.

Yanqondan 90 kilometr şimal-şərqdə yerləşən Baqo şəhərində ölənlərin sayı ilə bağlı detallar dərhal açıqlanmayıb, çünki şahidlərin və yerli media vasitələrinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri cəsədləri Zeyar Muni paqodasına yığıblar və ərazini mühasirəyə alıblar.

AAPP və Myanmar Now xəbər agentliyi bildirib ki, şənbə günü fervralın 1-də baş verən hərbi çevrilişə etirazlar zamanı 82 nəfər öldürülüb.

“Bu, soyqırım kimidir,” xəbər agentliyi Ye Htut adlı etiraz təşkilatçısına istinad edib. “Onlar hər bir kölgəyə atəş açırlar,” o deyib.

Sosial mediada yer alan məlumatlara görə, şəhərin bir çox sakini qaçıb.

Şənbə günü Myanmanın hərbi xuntasının sözçüsü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Hər gün təhlükəsizlik qüvvələri tərəfindən öldürülən və həbs olunan etirazçıların sayını hesablayan AAPP daha öncə də çevrilişdən bəri 618 nəfərin öldüyünü bildirib.

Ordu isə bu rəqəmi rədd edir. Onlar noybarda Aunq San Suu Çinin partiyasının qalib gəldiyi seçkinin nəticələri saxtalaşdırıldığı üçün çevrilişi həyata keçirdiklərini bildirir. Seçki komissiyası isə bu iddianı rədd edib.

Xuntanın sözçüsü general mayor Zav Min Tun cümə günü paytaxt Naypyitavda mətbuat konfransında bildirib ki, ordu 248 mülki vətəndaşın və 16 polisin öldüyünü hesablayıb. O həmçinin təhlükəsizlik qüvvələrinin avtomatik silahlardan istifadə etmədiyini deyib.

Yerli medianın verdiyi məlumata görə, Myanmada xuntanın təqiblərinə qarşı çıxan etnik ordu ittifaqı şənbə günü ölkənin şərqində polis idarəsinə hücum edib və nəticədə azı 10 polis işçisi öldürülüb.

Myanmanın ordu liderləri cümə günü deyib ki, onların hakimiyyətinə etirazlar azalmağa başlayıb, çünki insanlar sülh istəyirlər. Onlar həm də növbəti iki il ərzində seçkilərin keçiriləcəyini bildirib.

Myanmanın devrilən qanunvericiləri cümə günü BMT-nin Təhlükəsizlik Şurasını orduya qarşı tədbir görməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG