Accessibility links

Myanmada etirazlar davam edir: daha 5 nəfər həyatını itirib


Myanmanın təhlükəsizlik qüvvələri şənbə günü demokratiya tərəfdarı etirazçılara atəş açıblar və beş nəfəri öldürüblər. Bu barədə bir etirazçı və mətbuat xəbər verib. Ordu etirazlara son qoymaq üçün onlayn tənqidçiləri həbs edib, interneti bloklayıb.

Fevralın 1-dən bəri təhlükəsizlik qüvvələri tərəfindən 550-dən çox insanın öldürüməsinə baxmayaraq, etirazçılar hər gün hərbi hakimiyyətə qarşı nümayişlər keçirməyə davam edirlər. Onlar adətən bu etirazları kiçik qruplarda kiçik şəhərlərdə edirlər.

Myanmar Now xəbər agentliyinin bildirdiyinə görə, mərkəzi Moniva şəhərində təhlükəsizlik qüvvələri izdihama atəş açaraq üç nəfəri öldürüb. Eyni zamanda isə Bago Weekly Journal onlayn xəbər portalının bildirdiyinə görə, bir başqa mərkəzi şəhər olan Baqoda bir, cənubda Taton şəhərində də bir başqa nəfər güllə atəşi ilə öldürülüb.

“Onlar dayanmadan səs bombası həm də canlı güllə ilə atəş açmağa başladılar,” Monivada adının açıqlanmasını istəməyən etirazçı Reuters-ə bildirib. “İnsanlar geri çəkildi və tez baryerlər qurmağa başladı, amma bir güllə mənim önümdəki insanın başına dəydi və o yerinə öldü,” o əlavə edib.

Polis və xuntanın sözçüsü şərh almaq çağırışlarına cavab verməyiblər.

Siyas Məhbuslara Yardım Assosiasiyası şənbə günü bildirib ki, ordu Aunq San Suu Çinin seçilmiş hökümətini devirdiyindən bəri təhlükəsizlik qüvvələri 550 nəfəri, o cümlədən 46 uşağı ölüdürüb.

Böyük şəhərlərdə keçirilən etirazların ilk günlərində on minlərlə insan qatıldığı nümayişlər artıq dayanıb, onun əvəzinə çevriliş əleyhdarları “partizan nümayişləri” keçirməyə başlayıblar. Onlar təhlükəsilik qüvvələri hərəkətə keçənə qədər kiçik miqyasda və cəld şəkildə itaətsizlik nümayiş etdirirlər.

İnsanlar həmçinin gecələr toplaşıb şam yandırırlar.

Rəsmilər informasiyaya nəzarət etmək üçün kampaniya başladıblar. Onlar mobil interneti bağlayıblar, cümə günü isə internet provayderlərinə simsiz bağlantıları kəsmək göstərişi veriblər və bununla bir çox müştərinin internetə çıxışını bağlayıblar. Buna baxmayaraq sosial mediada şəkillər yerləşdirilməyə və paylaşılmağa davam edib.

Rəsmilər silahlı qüvvələr üzvünün üsyan etməsinə və ya vəzifə borcunu yerinə yetirməməsinə səbəb olmaq məqsədi daşıyan məzmunun paylaşılmasına qarşı qanuna əsaslanaraq18 məşhurun həbs edilməsinə göstəriş verib. Onlar arasında sosial media influenserləri və iki jurnalist var. Bu barədə cümə günü dövlət mediası xəbər verib.

Bu insanların hər biri hərbi hakimiyyətin əleyhinədir. Onlara qarşı irəli sürülən ittiham üç il həbslə nəticələnə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG